Böyük Britaniyanın Daxili İşlər Nazirliyi son dörd ildə miqrantların ölkəni könüllü tərk etməsi üçün 53 milyon funt sterlinq məbləğində vəsait ayırıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “The Independent” qəzeti məlumat yayıb. Hökumətin həyata keçirdiyi könüllü qayıdış proqramı çərçivəsində miqrantlara vətənə dönmələri üçün 3 min funt sterlinqədək maliyyə dəstəyi göstərilir, onların təyyarə biletləri də dövlət tərəfindən qarşılanır. Bu proses “yardımlı qayıdış” (assisted return) adı ilə tanınır və son illər ərzində bu növ qayıdışların sayı əhəmiyyətli dərəcədə artıb.

Rəsmi məlumatlara əsasən, 2021–2024-cü illər ərzində ümumilikdə 13 637 nəfər yardımlı qayıdış proqramından faydalanıb. Təkcə 2024-cü ildə bu proqram çərçivəsində 6 799 nəfər vətəninə geri dönüb. Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə bu rəqəm 2 179 nəfər olub.

Yardımlı qayıdış üçün əsasən inkişaf etməkdə olan ölkələrdən olan şəxslər, sığınacaq müraciəti rədd edilənlər, insan alveri qurbanları, küçələrdə yaşayanlar və tibbi problemi olan şəxslər müraciət edə bilirlər. 2024-cü ildə yardımlı qayıdışı qəbul edənlər arasında ilk yerdə Braziliya vətəndaşları (3 573 nəfər) olub. Onları 915 nəfərlə Hindistan, 271 nəfərlə isə Honduras vətəndaşları izləyib.

Daxili İşlər Nazirliyi bildirib ki, yardımlı qayıdışlar dövlətin bu şəxslərin ölkədə qalmasını maliyyələşdirməsindən daha az xərclidir və daha səmərəli üsuldur.

Son xəbərlər

UEFA reytinqi: Azərbaycanın mövqeyi dəyişməyib

BİZİM TƏQVİM: 28 avqustda baş vermiş tarixi hadisələr

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31