Xəbərlər
29.07.2024, 22:33
Olimpiya çempionu Hidayət Heydərov mükafatlandırılıb, Dövlət Himni səsləndirilib
“Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarının qalibi olan Azərbaycan cüdoçusu Hidayət Heydərov mükafatlandırılıb.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımıza qızıl medal təqdim olunub.
Onun şərəfinə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Olimpiadada mübarizəyə səkkizdəbir final mərhələsindən qoşulan cüdoçumuz birinci görüşdə İsrail idmançısı Tohar Butbulu, dörddəbir finalda isə kanadalı Artur Margelidonu ipponla məğlub edib. O, yarımfinalda kosovolu Akil Qyakovaya, finalda isə fransalı Con Benjamin Qabağa qalib gəlib.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay