“Anamın dayısı qızı koronavirusdan vəfat edib” – “Whatsapp”da gələn ŞOK mesajlar – VİDEO
"Bu qadını hamınız paylaşın. Bu qadının şəklini qrupda paylaşıblar, uşaq oğurlayır”. "Hamıya deyin ki, xəstəxanalarda hər şey pulsuzdur, şəxsiyyət vəsiqələrini götürüb gəlsinlər”. "Bu gün xoşagəlməz bir hadisə olub, anamın dayısı qızı koronavirusdan vəfat edib”.

Bu siyahını uzatmaq da olar. Son vaxtlar bu cür "Whatsapp" şayiələri tez-tez yayılır. Sonradan dövlət qurumları tərəfindən təkzib edilsə də, insanlar arasında sürətlə yayılan belə dezinformasiyalar təşviş yaradır.

Məsələnin əhəmiyyətini nəzərə alaraq ARB TV-nin "Günə doğru” verilişi maraqlı süjet hazırlayıb.

Sakin: "Kimsə yazır, atır dostuna ki, 10 nəfərə göndər. O da göndərir. Belə də yayılır da. Amma inanmırıq, boş söhbətlərdir”.

Amma, çox təəssüf ki, inanıb bu xəbərin təsir altına düşənlər də az olmur.

Təhminə Çələbi – Psixoloq: "Sonunda insan həyatını sona gətirən bir şey, ölüm xəbərləri seçilir. Ölüm, qəza, yəni ki, sizin heç bir şeydən xəbəriniz yoxdur. Hazırda sizi bir təhlükə gözləyir. Bu tip xəbərlər eşitdikdə əgər insanlarda bir az psixoloji sarsıntı, zəiflik varsa, bu kimi xəbərlər gərginliklər yarada bilər, ölüm qorxusu çoxala bilər və insanlarda panik ataklar olar”.

Rəşad Əliyev – Ekspert: "Hər hansı bir xəbərə gəldikdə, bu insanların zəifliyindən istifadə edərək aktual mövzunu götürürlər. Onun əsasında yayırlar.

Məlumatlar çox vaxt dostdan-dosta, şəbəkə prinsipi ilə paylaşılmış olur”.

Çox vaxt belə məlumatların kim hərəfindən göndərilməsi də məlum olmur. Birdən tanımadığınız nömrədən sizə təşviş dolu mesaj göndərilə bilər.

Rəşad Əliyev - Ekspert: "Yüklə, gör, telefonda dostlarının adı nədir. Bu tipli proqramlar var ki, onları yükləyərkən telefon nömrənizi 3-cü resursa verirsiniz. Həmin o resurslar da nömrələri istifadə edirlər”.

Kiminsə və yaxud hansısa hadisə barədə bilərəkdən yalan məlumatvermə cinayət məsuliyyəti yaradır.

Tahir Əliyev – Hüquqşünas: "Bu hal mülki qaydada şərəf və ləyaqətin müdafiəsi ilə bağlı məhkəməyə iddia ərizəsinin verilməsi üçün əsas yaradır. O cümlədən yalan olduğunu bilə-bilə məlumat verilməsi cinayət məcəlləsinin 296-cı maddəsində nəzərdə tutulmuş məsuliyyət yaradır”.
Əgər yalan xəbəri yayan müəyyənləşərsə, onu 2 ildən 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

Son xəbərlər

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

FHN-in əməkdaşları dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfəri xilas edib

Sənubər Səhər : Həyat bizi yaşadır, yoxsa biz həyatı qururuq?

Abbas Əli oğlu Bağırovun 55 illik yubileyidir

Təxəyyülün rənglərində yaşayan sənət - FOTO

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31