SÜBHAN  KAMALOĞLU: SÜBHAN,NƏ ANLAYAR QEYRİLƏR SƏNİ? - FOTO
SÜBHAN,NƏ ANLAYAR QEYRİLƏR SƏNİ?

Zəhmətlə saldığın bağın, bağçanın,
Əl atıb barını dərəsən gərək.
Hər yetən adama dost demək olmaz,
Sınayıb,vəfasın görəsən gərək.

Acılı-şirinli badə içincə,
Ağı-qarasından baxıb seçincə.
Namərdə sirr verib,könül açınca,
Dinməyib,lal kimi durasan gərək.

Günahlar içində batana kimi,
Yaltaqlanıb,başa çatana kimi.
Özgə sarayında yatana kimi,
Öz kasıb komanı qurasangərək.

Səhrada sürünən tanımaz çəni,
Düzsən, nə biləcək əyrilər səni,
Sübhan,nə anlayar qeyrilər səni?
Özünü özündən sorasan gərək.


GƏRƏK



Yerini bilməyən naxələf kəsi,
Göstərib,yerinə qoyasan gərək.
Başa çıxartdığın baş bəlasının
Başının dərisin soyasan gərək.

Nə qədər öyüd ver,kar etməz ona,
Sifətin dəyişib girər min dona.
Qohumlar əlindən gəlibdir cana,
Dilin kəsib,duza qoyasan gərək.

Çatmır beləsinin belində palan,
Nəfəsi də yalan, sözü də yalan.
Eldə ad çıxarıb – “adam aldadan”,
Tutub dizlərinə döyəsən gərək.

Diqqətlə qulaq as, Sübhan söyləsin,
Naxələfə qohum-qardaş neyləsin?
Bircə yolu qalır, belə bir kəsin
Qəddini qınında əyəsən gərək.

SÜBHAN  KAMALOĞLU: SÜBHAN,NƏ ANLAYAR QEYRİLƏR SƏNİ? - FOTO

Son xəbərlər

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31