SÜBHAN KAMALOĞLU: ELƏ DARIXMIŞAM SƏNİNÇÜN,ANA  - FOTO
ELƏ DARIXMIŞAM SƏNİNÇÜN, ANA

Gözümdən düşübdür hər şey dünyada,
Elə darıxmışam səninçün,Ana.
Sanki tək qalmışam,tənha Adada,
Elə darıxmışam səninçün,Ana.

Ayrı düşdük,qaldım səndən uzaqda,
Əhvalın necədir,məndən uzaqda?
Özüm Bakıdayam, ruhum Qazaxda,
Elə darıxmışam səninçün,Ana.

Həyətdə əkdiyin güllərin üçün,
Arxamca su səpən əllərin üçün,
Dən düşmüş,ağaran tellərin üçün,
Elə darıxmışam səninçün,Ana.

Sır-sıra bağlayan sazaq kimiyəm,
Əyilmiş, qurumuş budaq kimiyəm,
Sübhanam,körpəcə uşaq kimiyəm,
Elə darıxmışam səninçün,Ana.


ANA


Səni axtarıram mən gecə-gündüz,
Sən yoxsan,bu dünya boşalıb,Ana.
İndi ümid yerim məzarıstanda,
O şəklin boylanan daş olub,Ana.

Necə gözəliydi analı günlər,
Bir-birindən şirin,mənalı günlər,
Dəyişik düşübdür indi fəsillər,
Çiçəkli baharım qış olub,Ana.

Qalmayıb obaya, elə həvəsim,
Keçmir ürəyimdən kəndə tələsim,
Sübhanam, soyuyub isti nəfəsim,
Həsrətin gözümdə yaş olub,Ana.


YIXILMADIM

Zamanla əzdilər, əzdilər məni,
Yenə yıxılmadım,ayaqda durdum.
Mənə qəsd eləyən o alçaqların,
Tutdum yaxasından,başından vurdum.

Dönmədim yolumdan,irəli baxdım,
Canımı min oda,alova yaxdım.
Doldum bulud kimi,sel olub,axdım,
Arzuyla yaşadım,xəyallar qurdum.

Gör nələr çəkmədi bəlalı başım,
Necə xatırlayım,necə danışım?
Düşündüm, həyatla gərək barışım,
Şükrilə oturum, Şükrilə durum.

Nələrə qadirdir, nələrə insan,
Yaxşını, yamanı görür Yaradan.
Sübhana yar oldu Qadiri Sübhan,
Bir də öz Qazağım,öz Ana Yurdum...


GƏRƏK OLSUN

İgid igid olmaz ha əlləşsə də,
Onun arxasında el gərək olsun.
Tərlan çaynağından bilinər,qağa,
Ona yaşamağa çöl gərək olsun.

Bir bülbül bağçaya, deyərdim azdır,
Bir çiçək açıbsa,söyləmə yazdır.
Namərd hal soruşsa,de kefim sazdır,
Hər bir kəsə uyğun dil gərək olsun.

İnan, gərək haqqı deyən pir ola,
Kişinin üzüylə sözü bir ola.
Ozanın üzündə gərək nur ola,
Ay Sübhan,sözün də ləl gərək olsun.

SÜBHAN KAMALOĞLU: ELƏ DARIXMIŞAM SƏNİNÇÜN,ANA  - FOTO

Son xəbərlər

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31