SÜBHAN KAMALOĞLU: ŞEİRLƏR - FOTO
GÖRMÜŞƏM

Soruşma yaşımı, yaş o yaş deyil,
Vədəsiz ağaran tellər görmüşəm.
İçimdə çəkmişəm dərd ilə qəmi,
Aylar aşırmışam,illər görmüşəm.

Bilmədim oyunlar oynanır harda,
Harda çətinlik var, mən oldum orda.
Yağıbdı başıma yağış da, qar da,
Daşqınlar görmüşəm,sellər görmüşəm.

Eşqin şərbətini içə bilmədim,
Gülə heyfim gəldi, biçə bilmədim.
Sübhanamhəddimi keçə bilmədim,
Keçilməz obalar,ellər görmüşəm.

FƏLƏK

Neçə fitnə-fəsad, neçə felin var,
Məzlumun belini bükürsən,fələk.
Kiminin dağıdıb yurd-yavasını,
Kiminə saraylar tikirsən,fələk.

Zirvəyə qaldırıb çox haqsızları,
Günahkar bilirsən günahsızları.
Gölləri qurudub, quba-qazları,
Susuz səhralara çəkirsən,fələk.

Sənə deməyimmi sən daşürəksən?
–Görmədim bir kimsə deyə gərəksən.
Sübhan deyər, fələksən ki, fələksən,
Niyə nahaq qanlar tökürsən,fələk?!

FAYDASI OLMAZ

Nankor kəsə, nainsafa, zalıma,
Yaxşılıq etməyin faydası olmaz.
Nadanın, nakəsin yoluna çıxıb,
Dalınca getməyin faydası olmaz.

Kim pis əməllərə eyləsə adət,
Yüz yol danlasan da edəcək qələt.
Əyri boyunları ha çalış düzəlt,
Hayına yetməyin faydası olmaz.

Dillən, Kamaloğlu, el düzü görsün,
Gecəni sevənlər, gündüzü görsün.
Əkilən gül gərək gün üzü görsün,
Kölgədə bitməyin faydası olmaz.

SÜBHAN KAMALOĞLU: ŞEİRLƏR - FOTO
SÜBHAN KAMALOĞLU: ŞEİRLƏR - FOTO

Son xəbərlər

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31