SÜBHAN KAMALOĞLU: Şeirlər - FOTO
GÖYƏZƏN

Yenə könlüm səni görmək istəyir,
Qartallı dağların gözü – Göyəzən.
Ruhumsan,canımsan,şəfamsan mənim,
Səndədir ömrümün yazı,Göyəzən.

Çiçəklərin ətri – ağzımın dadı,
Vurğun yaşadıbdı bu gözəl adı.
Hüsnündə görünür şahin qanadı,
Aşıqların sazı,sözü Göyəzən.

“Damcılı”bulaqdı dərdim əlacı,
Aveylə yanaşı gözəllik tacı...
Heç kim duya bilməz səndə bir acı,
Görməyəsən namərd üzü,Göyəzən.

İgidlər köksünün suyundan içmiş,
Babalar bu dağı yurd yeri seçmiş.
Silinməz yaddaşdan heç zaman keçmiş,
Sübhan,bir tarixdir özü Göyəzən!

KƏNDİMİN

Gözəldi baharı, gözəldi qışı,
Xoşdu lap boranı, qarı kəndimin.
Yolları köksümün damarlarıdı,
Hər kəs ola bilmir yarı kəndimin.

İnsanı məst edir avaz-ahəngi,
Quşların cəh-cəhi, “Kərəmi”, “Cəngi”.
Ceyrana tuşlamır ovçu tüfəngi,
Artıb bərəkəti,varı kəndimin.

Həsrətlə gözləyir o yollar məni,
Qarşılar oçəmən,o kollar məni.
Çatınca qucaqlar o qollar məni,
Qaçaramüstünə sarı kəndimin.

Məni valeh edir yaşılı, alı,
Dağların ilxısı, sürüsü, malı.
Dünya gözəli tək hüsnü-camalı,
İlham çeşməsidir barı kəndimin.

Bu yurd bir ağırel nümunəsidir,
Sübhanın nəfəsi el nəfəsidir.
Aveydən ucalan qartal səsidir,
Vardır namus,qeyrət,arı kəndimin.

BUDAĞLARIN

Hər gəzəndə anlayıram,
Xoş halı var budağların.
Yaz büsatlı, yay büsatlı,
Cəlalı var budağların.

Gur bulaqlar axanyerdir,
Var-dövlətəbaxan yerdir.
Qızlar xına yaxan yerdir,
Camalıvarbudağların.

Qədir-qiyməti bilinən,
Dəstəylə kəklik görünən.
Dağda duman tək sürünən
Məlalı var bu dağların.

Yar könlünə yolaşmağa,
Həsrətlilər barışmağa.
Göydə günlə yarışmağa,
Hilalı var bu dağların.

Sübhan, Aveyətay hanı?
Heyran edir hər insanı.
Məlhəmdi qarı, boranı,
Xəyalı var bu dağların.

BU YERLƏRİN

Min gül-çiçək,min təravət,
Havası var bu yerlərin.
Düşmənləri əsir etmək
Davası var bu yerlərin.

Neçə gölü, ümmanı var,
Qar-boranı, tufanı var.
Min bir dərdə dərmanı var,
Dəvası var bu yerlərin.

Gözəllərin gözəl nazı,
Var xoş səsi, var avazı.
Aşıqların telli sazı,
Dünyası var bu yerlərin.

Hər ocağın hərarəti,
Hər ovçunun məharəti.
Hər bulağın lətafəti,
Səfası var bu yerlərin.

SÜBHAN KAMALOĞLU: Şeirlər - FOTO
SÜBHAN KAMALOĞLU: Şeirlər - FOTO


Son xəbərlər

Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı - SIRALAMA

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31