SÜBHAN KAMALOĞLU: Olmaz - Olmaz - FOTO
OLMAZ-OLMAZ

Hər kim yaxşı deyə dönüb yamana,
Dünyada işləri bay olmaz-olmaz.
İlan da sürünüb, çıxar zirvəyə,
Zirvədə qartala tay olmaz-olmaz.

Bir xalqınki, şahı əlacsız matdı,
Fatihəsin verin – gəmisi batdı...
Bir övladki, ata-anasın atdı,
Ona yardandan pay olmaz-olmaz.

Sübhanın sözləri getməsin hədər,
Bilənlər anlayar, anlayan bilər,
Cümlə kainatı Günəş isidər,
Min ulduz birləşsə Ay olmaz-olmaz.


HEÇ VAXT

O yerdə ki, böyük-kiçik bilinmir,
Elə yerdə gəzib, dolaşma heç vaxt.
Əqidəsin boğazına satanla,
Dost olub,çirkaba bulaşma heç vaxt.

Hər yetən adamda etibar olmaz,
Zatı naxələfdə düz ilqar olmaz.
Fərsizdə nə səxa, nə də var olmaz,
Əbəsdir,nadanla çarpışma heçvaxt.

Yollarda yorular yolunu azan,
Çalış hörmət eylə, sən hörmət qazan.
Nə yalan danışma, nə olsun yozan,
Sübhan,beləsinə qarışma heç vaxt.


AY OĞUL


Məclisə varanda ayaqda əyləş,
Çalışma çıxasan başa, ay oğul.
Qarşında düşmən də olsa düz danış,
Bax onda gələrsən xoşa,ay oğul.

Harda həqiqət var, sən ora baş qoy,
Göz üstən qaş salma, göz üstə qaş qoy.
Bircə ev də yıxma, daş üstə daş qoy,
Qoy oxundəyməsin daşa,ay oğul.

Yolaç,körpülər sal,gen yolu kəsmə,
Tərif eyləsələr,kükrəyi bəsmə.
Nə bəxtdən,nədəki,taledən küsmə,
Həyatda ləkəsiz yaşa,ay oğul.

Eşitsən Sübhanı, can atma vara,
Vara can atanlar qalar avara.
Oxu sözlərimi, mənasın ara,
Sözlərim getməsin boşa,ay oğul.


DEYNƏN


Qəlbi təmiz, ürəyi pak, saf niyyət,
Bir gözələ ölüm qıyarmı–deynən.
Adam bilə-bilə öz balasını,
Düşmən ümidinə qoyarmı–deynən.

Arzumdur–hər yerə yollar çəkilsin,
Yollar kənarında güllər əkilsin.
Yar gələn yollara gözüm dikilsin,
Yar da öz yarından doyarmı–deynən.

Haram olsun düzü tərsə yozana,
Sübhan minnətdardır yazı yazana.
Əlim çatmır nə saza, nə ozana,
İnsan sir sözünüyayarmı–deynən.


ÇOXDUR


İnsan tanıyıram yatmır beş saat,
Gecəli-gündüzlü yatanlar çoxdur.
Adam var qolundan tut kənara at,
Üzünə pərdələr tutanlar çoxdur.

Kişi gərək qorusun öz yurdunu,
İgid oğul bada verməz ordunu.
"Öldürməkçün gözlərinin qurdunu",
Dostunu düşmənə satanlar çoxdur.

Sübhan,hardan gəlir keçməkeşli yol,
Onu bilən bilər,nədir–olma,ol...
Dünya bir dəryadır, üzənləri bol,
Di gəl,üzənlərdən batanlar çoxdur.


YOXDUR

Necə sevim şəhəri mən,
Qış qurtardı,qarı yoxdur.
Gecə-gündüz külək əsir,
Bir ağacın barı yoxdur.

Bəslənsə də əncir, üzüm,
Qum ələyir,görmür gözüm.
Sənə yoxdur daha sözüm,
Bağ-bağçanın narı yoxdur.

Bu yerdə gözəllik hanı,
Varmı maralı, ceyranı?
Sən düz anla gəl Sübhanı,
Ocaq yanır,qoru yoxdur.

SÜBHAN KAMALOĞLU: Olmaz - Olmaz - FOTO
SÜBHAN KAMALOĞLU: Olmaz - Olmaz - FOTO

Son xəbərlər

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31