
Xəbərlər
18.11.2019, 19:31
Rəisin qardaşı Xəzərdə faciəvi şəkildə öldü

Xəzər dənizində neftçi itkin düşüb.
Unial.org-un verdiyi xəbərə görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub.
Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır.
SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, İlqar Şərifov onların yox, "Azgerneft” MMC-nin işçidir: "İki gün öncə Abşeron NQÇİ-də itkin düşüb, müvafiq qurumlar tərəfindən onun axtarışları davam etdirilir”.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




