Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib
Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib


"Azərkitab” Kitab Mərkəzinin Quba filialında görkəmli yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib.

"Turaztv.az" xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin sədri, "Əhməd Cavad” mükafatı laureatı, şair Ramiz Qusarçaylı çıxış edərək Əmir Pəhləvanın həyat və yaradıcılığı haqqında danışıb. O, Ə.Pəhləvanın həm müasir Azərbaycan ədəbiyyatının və kino sənətinin görkəmli nümayəndəsi kimi qazandığı ədəbi uğurlar barədə, eyni zamanda, ədibin Qazaxıstan və Qırğızıstan respublikalarının, Şimali Kipr Türk Respublikası dövlət mükafatlarının laureatı olduğu haqqında görüş iştirakçılarına ətraflı məlumat verib.

Tarix elmləri doktoru, professor, şair Şahin Fazil görüşdə bildirib ki, Əmir Pəhləvanı Azərbaycan radiosunun Cənub verilişləri redaksiyasında, "Baku”, "Bakı”, "Azərbaycan müəllimi" qəzetində işlədiyi və "İlham" qəzetinin təsisçisi və baş redaktoru olduğu dövrdən tanıyır. Yazıçı-dramaturqun 30 kitabı Azərbaycanda, 20 kitabı Ukraynada, 7 kitabı keçmiş postsovet respublikalarında, 15 kitabı isə Avropa ölkələrində və Amerikada çap olunduğu qeyd edilib.

Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru, fizika elmləri doktoru Yusif Alıyev çıxışında Əmir Pəhləvanın "Step LTD" kinoşirkətini təsis etdiyindən, şirkətin xətti ilə yaradılan "Fransız", "Qarabağ şikəstəsi", "Spasibo", "Qız qalası" bədii filmlərinin, "Bakı nefti və Nobellər", "Avtoritet", "Göyçay yəhudiləri", "Doqquzuncu oğuz uyğurları", "Kurqanlar", "Hunqoriya", "Şəhriyar”, "Sivilizasiya beşiyi - Çin”, "Tahirə” və başqa sənədli ekran əsərlərinin müəllifi və rejissoru kimi bu filmlərdə tariximizin və taleyimizin maraqlı səhifələrini uğurla canlandırmasından geniş şəkildə bəhs edib.

ADPU Quba filialının direktor müavini, fəlsəfə doktoru Aysel Şeydayeva çıxışında belə görüşlərin əhəmiyyətindən danışıb, Əmir Pəhləvana filialın tələbələri ilə də görüşünün təşkil edilməsi ilə bağlı təklif edib.

Görüşdə Xaçmazda fəaliyyət göstərən "Ulduzlar” ədəbi məclisinin sədri, şair Fərzalı Ziyanur, Qubada fəaliyyət göstərən "Gülüstan” ədəbi məclisinin sədri, yazıçı Şixəmməd Seyidməmmədov, Qusar yazarları adından şair Ceyhun Ağabəyov, həmçinin bölgədə fəaliyyət göstərən digər şair və yazıçılar çıxış edərək yazıçı-dramaturqun yaradıcılığından söz açıblar.

Tədbirin sonunda Əmir Pəhləvan görüş iştirakçılarını maraqlandıran sualları cavablandırıb, yaradıcılıq planları barədə danışıb. Maraqlı görüşün təşkili üçün Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin rəhbərliyinə təşəkkürünü bildirib.
Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib
Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib
Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib
Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib
Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib
Qubada yazıçı-dramaturq Əmir Pəhləvanla görüş keçirilib

Son xəbərlər

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bakıya 600 israilli gələcək - SƏBƏB

QAZİLİK – VƏTƏNƏ XİDMƏTİN ŞƏRƏFLİ ADI

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31