Böyrəkləri məhv edən, hər gün etdiyimiz 8 səhv vərdiş. Dərhal onlardan uzaq olun!
Böyrəkləri məhv edən, hər gün etdiyimiz 8 səhv vərdiş. Dərhal onlardan uzaq olun!

Böyrəklər orqanizmdə metabolik tullantılardan təmizləmə, qan təzyiqi və qandakı qırmızı qan hüceyrəsi tarazlığını nizamlamaq kimi həyati əhəmiyyətli rol oynayırlar. Ancaq bu vacib orqanımız öz məsuliyyətsizliyimizdən müxtəlif zədələnmələrəməruz qalırlar. Böyrəklərə zərər verən ən önəmli vasitələrdən biri bizim zərərli vərdişlərimizdi. SaqlamHeyat.az xarici mətbuata istinadən xəbər verir ki, özümüzün də xəbərimiz olmadan adət etdiyimiz vərdişlər böyrək çatışmazlığı kimi ağır fəsadlara gətirib çıxarır. Bəs bu zərərli vərdişlər hansılardır?

Aşağıdakı vərdişlər böyrəklərin zədələnməsinə səbəb ola bilər:


1. Kifayət qədər su içməmək


Qanın tündləşməsi ilə böyrəklərə gedən qan axımı azaldığı üçün bədəndə su çatışmazlığı yaranır. Bu isə böyrəklərin ciddi zədələnməsinə yol aça bilər. Tövsiyə edilən gündəlik su miqdarı böyüklər üçün ən az 10-12 stəkandır. Ancaq bir tərəfdən də çox su içmək məsləhət deyil. Çünki çox su içmək böyrək funksiyalarını yavaşlada bilər.

2. Sidiyə getməyi təxirə salmaq


Bu vərdiş böyrəklərin zədələnməsinə səbəb olan ən çox yayılmış səbəbdir. Çünki sidik sidik kisəsində nə qədər çox qalsa, sidikdəki bakteriya sayı da o qədər artar. Bu zərərli bakteriyalar sidik yolu və böyrək infeksiyalarına səbəb olur. Bundan əlavə, sidiyin çıxarılmaması böyrəklərə təzyiq göstərir, böyrək çatışmazlığına və sidik qaçırmağa yol açır. Buna görə sidiyə getmə çıxma ehtiyacınızı əsla təxirə salmayın.

3. Siqaret


Siqaret çəkmək bütün orqanlara ziyan verən ölümcül bir vərdişdir. Saysız-hesabsız araşdırmalar siqaret və böyrək xəstəlikləri arasında əlaqə olduğunu ortaya qoyub. Bu pis vərdiş qan təzyiqini və ürəyin döyünmə sürətini artıraraq, qan dövranını yavaşladır, böyrəklərdəki qan damarlarını daraldır. Eyni zamanda, böyrək xəstəliklərinin yaranmasını və daha da pis hal almasını, böyrək funksiyalarının itirilməsini sürətləndirir.

4. Yüksək zülallı qidalanma

Qırmızı ət kimi yüksək miqdarda zülal əsaslı qidalar yemək böyrək xəstəlikləri riskini artırır. Çünki bu orqanın funksiyası, zülal həzminin əks məhsulu olan azotlu tullantıları bədəndən atmaqdır. Bu səbəbdən qırmızı ət yeməyi məhdudlaşdırmaq lazımdır. Mövcud böyrək problemləri varsa, gələcəkdə ağırlaşmaların qarşısını almaq üçün qırmızı ət yeməkdən imtina etmək tövsiyə edilir.

5. Həddən artıq duz qəbulu


Daim çox miqdarda duz qəbul etmək böyrəklərə ciddi dərəcədə ziyan verir və müxtəlif sağlamlıq problemlərinə gətirib çıxarır. Bir çox araşdırmalar duz qəbulunun böyrək xəstəliklərini inkişaf etdirən sidik zülalını artırdığını sübut edib. Unutmayın ki, həddindən artıq miqdarda qəbul etdiyiniz duz bədəniniz, xüsusilə də böyrəklərinizə zərər verir. Qeyd edək ki, bir çay qaşığı duz təxminən 6 qramdır.

6. Daim ağrıkəsici istifadə etmək


Apteklərdə reseptsiz satılan ağrıkəsicilər böyrəklərə gedən qan axımını yavaşladaraq, funksiyalarını yerinə yetirməyə mane olur. Buna görə bu dərmanların uzun müddət istifadəsi kəskin böyrək çatışmazlığına yol aça bilər. Bu cür dərmanları istifadə etməzdən əvvəl həkimə müraciət edin. Ağrıkəsicilərdən az istifadə etməyə çalışın. Çünki bu, böyrək funksiyaları normal olan insanlarda belə, ziyan ola bilər.

7. Həddindən artıq kafein qəbulu

Çox kafein qan təzyiqini artıraraq böyrəklərdə təzyiqə səbəb olur. Kafein sidikdəki kalsium sekresiyasının artımına gətirib çıxardığı üçün birbaşa böyrək daşı yaradır. Qəhvə, çay kimi içkilərin orta dərəcədə qəbulu zərərli deyil. Ancaq enerji içkiləri, şokolad, dərman, kakao və spirtli içki qəbulunu azaltmaq lazımdır.

8. Spirtli içki çox içmək


Bu toksin böyrəklərdə və qaraciyərdə stressə səbəb olur. Həddindən artıq spirtli içki qəbulu böyrəklərə zərər verir, böyrək çatmazlığı riskini artırır. Bundan əlavə, spirt bədəndəki su miqdarını azaldaraq böyrəklərin normal funksiyasını pozur. Tövsiyə edilən gündəlik spirtli içki miqdarı qadınlar və yaşlı kişilər üçün bir, orta yaşlı kişilər üçün isə iki stəkandır.

Son xəbərlər

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Səssiz ziyalılıq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31