Smartfonun ömrünü qısaldan vərdişlər


Müasir smartfonlarda istifadəçilərin özləri batareyanı əvəz edə bilmədiklərindən, bir çoxları üçün telefonlarının ömrü batareyanın ömrü qədərdir.

“Praym”ın məlumatına görə, Rusiyada NAFİ-nin (Maliyyə Tədqiqatları üzrə Milli Agentlik) “Rəqəmsal vətəndaş” platformasının eksperti Vladimir Qritsenko bu barədə danışıb.

Onun sözlərinə görə, smartfon yüksək temperaturda istifadə olunarsa, batareyanın ömrü azalır.

“Məsələn, smartfonunuzu sürətli şarj edirsiniz və eyni zamanda “Zoom”da danışırsınızsa, cihazın temperaturu əhəmiyyətli dərəcədə arta bilər, bu da batareyanın zədələnməsinə səbəb olur”, - deyə ekspert izah edir.

Müasir smartfonların vaxt keçdikcə performansını itirə bilən digər bir hissəsi də OLED ekranıdır. Xüsusilə yüksək parlaqlıqda istifadə edildikdə onlar solmağa meyillidirlər. Bunun qarşısını alan bir neçə texnologiya var, ancaq bununla belə, 3-4 il ərzində tükənməkdən tamamilə qaçmaq mümkün deyil.

“Smartfonların ömrünü qısaldan açıq səbəblər arasında onunla ehtiyatsız davranma, yerə düşmə, içərisinə nəmin daxil olmasıdır. Su keçirməyən ağıllı telefonda da nəm SİM-kart yuvasından içəri daxil ola bilər”, - deyə o əlavə edib.

Telefonu tez-tez yerə düşürənlər üçün mütəxəssis ya orijinal, ya da xüsusi böyük zərbəyə davamlı örtüklərdən istifadəni məsləhət görür. Qoruyucu şüşə ekranı cızıqlardan qoruya bilər, lakin cihazın görünüşünü pozur, həmçinin alt ekran barmaq izi sensorları da ona görə düzgün işləməyə bilər.

Qritsenko, həmçinin, smartfon batareyasında enerji yükünü “sıfıra” salmağı tövsiyə edib.

Son xəbərlər

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Səssiz ziyalılıq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31