
Xəbərlər
5.11.2021, 00:56
Binəli Yıldırım Qarabağ qazilərinin müalicəsinə pul ayırdı - MƏBLƏĞ
Binəli Yıldırım Qarabağ qazilərinin müalicəsinə pul ayırdı - MƏBLƏĞ
"Turaztv.az" "Report"a istinadən xəbər verir ki, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım "Yaşat" Fonduna 1000 manat ianə edib.
B.Yıldırım bu gün nümayəndə heyəti ilə "Zəfər Yarmarkası"nı ziyarət edib. Ziyarət çərçivəsində sabiq nazir yarmarkada nümayiş etdirilən hərbi texnika və satış mərkəzləri ilə tanış olub. Ona "Zəfər Yarmarkası"nın əhəmiyyəti və məqsədi barədə ətraflı məlumat verilib. Qeyd edək ki, oktyabrın 29-da başlayan yarmarka noyabrın 9-dək davam edəcək. Yarmarkadan əldə edilən gəlir "Yaşat" Fonduna ianə olunacaq.
Son xəbərlər
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Xəbərlər
23.08.2026
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
Xəbərlər
23.08.2026
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay




