Leyla Abdullayeva: Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını düzgün anlaması və nəticə çıxarması lazımdırLeyla Abdullayeva: Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını düzgün anlaması və nəticə çıxarması lazımdır


Ermənistan XİN-in Azərbaycan dövlət başçısının müsahibələrini, çıxışlarını diqqətlə izləməsi, əlbəttə, yaxşıdır. Lakin bu müsahibələri, sadəcə, oxumaq deyil, düzgün anlamaq və nəticə çıxarmaq lazımdır.

"Turaztv.az" xəbər verir ki, bu sözlər Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in KİV və ictimai diplomatiya idarəsinin 2021-ci il 23 iyul tarixli açıqlamasına dair şərhində yer alır.

"Birincisi, bəli, bizim dədə-babalarımız Zəngəzurda yaşayıb, bu tarixi faktdır. Burada, eləcə də müasir Ermənistanın digər ərazilərində tarixən yaşayan soydaşlarımız, etnik təmizləmə siyasətinin qurbanı olublar, evlərindən didərgin düşüblər, bu da bir tarixi reallıqdır. Azərbaycanın Ermənistan ərazilərini "işğal etməsi” ilə bağlı cəfəng iddiaya gəldikdə isə, Prezident İlham Əliyevin sözügedən müsahibəsində aydın şəkildə qeyd etdiyi kimi, biz öz sərhədlərimizə çıxmışıq, sərhədlərimizdə möhkəmlənirik. Postmüharibə dövrünün reallıqları ilə barışmaq istəməyən Ermənistan, onilliklər ərzində işğalçı ölkə kimi beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirən bir ölkə kimi, bundan sonra da beynəlxalq hüquq normalarından danışmadan öncə düşünməlidir.

İkinci, Ermənistan XİN-ə xatırladırıq, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasının Parlamenti tərəfindən 1991-ci ilin noyabrında qanuni şəkildə ləğv edilib. AR Prezidentinin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə isə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazi Azərbaycanın tərkib hissəsidir və burada yaşayan ermənilər də, azərbaycanlılarla birgə bizim vətəndaşlarımız kimi yaşaya bilərlər.

Üçüncü, "Dağlıq Qarabağın statusu” məsələsini süni şəkildə gündəmə gətirmək istəyənlər birdəfəlik anlamalıdırlar, "Dağlıq Qarabağ” olmadığı kimi "status” məsələsi də yoxdur.

Növbəti, Azərbaycanı "humanitar vəziyyəti pisləşdirməkdə” ittiham edən Ermənistana xatırladırıq ki, hərbi əməliyyatlar bitdikdən dərhal sonra Azərbaycan ərazisindən humanitar yükün daşınmasına şərait yaradıb. Beynəlxalq humanitar təşkilatlarla bölgəyə missiyanın göndərilməsinə dair tərəfimizdən əldə olunan razılığa, məhz Ermənistan əngəl törətməyə çalışır. Bu isə onu göstərir ki, Ermənistan "humanitar vəziyyət” adı altında öz siyasi oyunlarını davam etdirir.

Nəhayət, sonuncu, qanunsuz güc tətbiqinin bölgədə sülh və təhlükəsizliyə maneə olduğunu Ermənistan hamıdan yaxşı bilməlidir, çünki bunu onilliklərlə özü edib. Azərbaycan isə BMT Nizamnaməsinə uyğun olaraq və beynəlxalq humanitar hüquqa riayət etməklə ərazilərini işğaldan azad edib, ərazi bütövlüyünü təmin edib və hazırda bölgədə sülh və tərəqqinin təmin olunmasına çalışır”, - deyə Leyla Abdullayeva qeyd edib.

Son xəbərlər

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31