BSU-nun rektoru şöbə müdirinin pulları mənimsədiyini təsdiqlədi: “140 min manat zərər dəyib”
Bakı Slavyan Universitetinin (BSU) rektoru Nurlana Əliyeva ali təhsil müəssisəsinin Qiyabi və əlavə təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın tələbələrin təhsil haqqını mənimsəməsinə münasibət bildirib.

Bununla bağlı “Report”a açıqlama verən rektor bildirib ki, D.Əliyeva 2020-ci ilin noyabr ayının 20-də öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilib.

“Payız semestrinin imtahan sessiyanın başlanması ilə əlaqədar onun vəzifəsini müvəqqəti icra edən şəxs tələbələrə sessiya müddəti, dərs cədvəli, təhsil haqqının ödənilməsi və s. barədə məlumat verərkən, məlum olub ki, təhsil haqqını şöbə müdiri özü tərəfindən keçirəcəyi adı ilə qeyri-qanuni olaraq tələbələrdən şəxsən yığıb, lakin büdcəyə ödəməyib. Halbuki maliyyə əməliyyatlarının aparılması üçün universitetin inzibati binasının birinci mərtəbəsində “Kapital Bank” tərəfindən müvafiq elektron qurğu - ödəmə terminalı yerləşdirilib.

Bu məsələ ilə bağlı Qiyabi və əlavə təhsil şöbəsində təhsil ödənişləri vəziyyətinin araşdırılması məqsədilə komissiya yaradılıb. Komissiya tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, pandemiya ilə əlaqədar yaranmış vəziyyətdən sui-istifadə edərək D.Əliyeva tələbələrdən təhsil haqlarını ya öz bank hesabına keçirilməsi vasitəsilə əldə edib və ya onlarla müxtəlif yerlərdə görüşüb həmin vəsaiti yığaraq mənimsəyib.

Yaradılmış komissiya tərəfindən araşdırma zamanı bu vəsaitin təxminən 140 min AZN miqdarında olduğu müəyyənləşdirilib.

Məsələyə aydınlıq gətirmək məqsədilə, Qiyabi və əlavə təhsil şöbəsinin sabiq müdiri D.Əliyeva universitetə dəvət edilib və ondan izahat tələb olunub. D.Əliyeva şifahi izahatında tələbələri aldadaraq onlardan müxtəlif məbləğdə vəsait yığdığını etiraf edib.

Komissiya üzvləri ona sözü gedən vəsaitin ən qısa müddətdə universitetin büdcəsinə qaytarılmasının zəruriliyini bildiriblər. Lakin D.Əliyevanın mənimsədiyi vəsaitin göstərilən müddət ərzində qaytaracağına söz verməsinə baxmayaraq, buna əməl etməyib, növbəti dəfə dəvət olunarkən universitetə gəlməkdən imtina edib, komissiya üzvlərini şantaj edib, daha sonra zənglərə cavab verməyib, yaşadığı mənzildən çıxaraq naməlum ünvana köçüb.

Son günlərdə məlum olub ki, D.Əliyeva müxtəlif işlər düzəltmək məqsədilə (Diplomun tanınması, Milli Məclisdə işə düzəltmək, məktəbə, uşaq bağçasına direktor vəzifəsinə düzəltmək, ev alqı-satqısı və s.) universitetə aid olmayan digər şəxsləri də aldadaraq külli miqdarda vəsait mənimsəyib.

Bu məsələ ilə bağlı məlumat Azərbaycan Respublikası Təhsil Nazirliyinə çatdırılmış, inzibati orqanlara bildirilib.

Onun 0,5 ştat müəllim kimi fəaliyyət göstərməsi məsələsi universitetin Həmkarlar İttifaqı Komitəsi tərəfindən müzakirə olunaraq müəllim adına yaraşmayan, mənəvi cəhətdən qüsurlu hərəkətlərinə görə müəllimlik fəaliyyətinə də xitam verilib”, deyə rektor bildirib.

Son xəbərlər

“Bu adın 400-dən çox yaşı var” - Kanadadan Trampın qərarına etiraz

3 min illik qızıl xəzinə 4 dəqiqəyə oğurlandı

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31