Anar Ələkbərov Ramiz Mehdiyevlə görüşüb - FOTOSentyabrın 17-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin binasında aparılan yenidənqurma və bərpa işləri ilə ətraflı şəkildə tanış olub, yaradılmış şəraitdən öz məmnunluğunu ifadə edib.

AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 17-də isə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov AMEA-nın Nəqliyyat-Təsərrüfat və Təmir-Tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işləri ilə tanış olub.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev son aylarda akademiyada aparılan islahatlar və görülən işlər bərədə ətraflı məlumat verib.

Akademik Ramiz Mehdiyev bu gün akademiyada aparılan islahatların, bərpa və yenidənqurma işlərinin ölkə başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti, qayğısı və dəstəyi nəticəsində həyata keçirildiyini bildirib. Qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən AMEA-nın maddi-texniki bazasının gücləndirilməsi, alimlərimizin iş şəraitinin, eləcə də sosial rifahının yaxşılaşdırılması istiqamətində mütəmadi addımlar atılır.

Görüşdə çıxış edən AMEA-nın İşlər idarəsinin müdiri, professor Elton Məmmədov akademiyanın Nəqliyyat-Təsərrüfat şöbəsinin ərazisinin ekspertizasının aparıldığını, eskiz layihəsinin hazırlandığını və müvafiq dövlət qurumlarının icazəsindən sonra təmir-bərpa və yenidənqurma işlərinin icra edildiyini bildirib. Ötən illər ərzində ərazinin baxımsız vəziyyətdə olduğunu fotofaktlarla nümayiş etdirən Elton Məmmədov bu gün Nəqliyyat-Təsərrüfat şöbəsində müasir standartlara uyğun, avtomobillərin texniki baxışını həyata keçirməyə imkan verən logistika, nəqliyyat, yağdəyişmə, yuma məntəqələrinin yaradıldığını, eləcə də inzibati binanın tikildiyini və şəxsi heyətin istifadəsi üçün qida təhlükəsizliyi standartlarına cavab verən avadanlıqlarla təchiz olunmuş yeməkxananın qurulduğunu diqqətə çatdırıb.

İdarə müdiri hazırda AMEA-nın balansında 165 nəqliyyat vasitəsinin olduğunu, onlardan 122-sinin xidməti, 43-nün isə texniki sahələrdə istifadə edildiyini söyləyib. O, nəqliyyat vasitələrinin mütləq əksəriyyətinin istismar müddətinin başa çatdığını və yenilənməsinə ehtiyac olduğunu deyib. Həmçinin qeyd edib ki, bu gün akademiyaya məxsus avtomobillərin park edilməsi işindəki pərakəndəlik aradan qaldırılıb və yenidənqurma işlərindən sonra bütün nəqliyyat vasitələri vahid mərkəzdən idarə olunur.

Sonra Təmir-tikinti şöbəsinin ərazisinə baxış keçirilib. Həmin ərazinin də uzun müddət baxımsız vəziyyətdə qaldığını fotofaktlarla diqqətə çatdıran professor Elton Məmmədov drenaj, kanalizasiya sisteminin yenidən qurulduğunu, anbarların inşa edildiyini, şöbənin ərazisinin akademiyanın inventarında olan əşyaların bərpa və təmiri, eləcə də mərkəzi satınalmalar sisteminin bərpasından sonra logistika mərkəzi kimi istifadə ediləcəyini söyləyib.

Sonda Nəqliyyat-Təsərrüfat şöbəsinin baş mütəxəssisi Süleyman Əzizov iş yoldaşları adından çıxış edərək müasir standartlara cavab verən nəqliyyat parkının yaradılmasına görə ölkə rəhbərliyinə və AMEA prezidentinə minnətdarlığını ifadə edib.

Son xəbərlər

SÖZÜN İŞIĞINDA YAŞAYAN ŞAİR

İlqar Həsənov – sözün də, dostluğun da baməzə adamı

DSK-da kadr dəyişikliyi - Bu vəzifə ləğv edildi

Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31