HƏR BİR AZƏRBAYCANLININ PREZİDENTİ
İlham Əliyevin uğurlu sosial müdafiə strategiyası dünyanın ən mükəmməl modellərindəndir

Dövlət başçısının uğurlu sosial-iqtisadi idarəetmə sistemi sosialyönümlü baxışları ifadə edərək, sosial inkişafın dövlət qarşısında strateji vəzifələrdən biri kimi müəyyən olunmasını və iqtisadi inkişafla sosial inkişafın səmərəli uzlaşıdırılmasını şərtləndirib. Bu da dinamik iqtisadi tərəqqinin dividendlərinin ilk növbədə, sosial problemlərin həllinə, vətəndaş rifahının yüksəlməsinə və təhlükəsizliyinin təminatına yönəlməsinə, mütərəqqi beynəlxalq sənədlərdən irəli gələrək milli qanunvericilikdə əksini tapan sosial hüquqlar sisteminin reallaşdırılması sahəsində əhəmiyyətli irəliləyişlərə zəmin yaradıb.

Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil Azərbaycanın müasir inkişaf mərhələsinə keçidini və bu mərhələdə inamla addımlamasını, sosial dövlət kimi inkişafını şərtləndirən islahatlar proqramında aşağıdakı vacib sosial prioritetlər əksini tapıb:
- sosial rifahın yaxşılaşdırılması və yoxsulluğun kəskin şəkildə azaldılması;
- çadır şəhərciklərinin tam ləğvinə, qaçqın və köçkünlərin sosial-məişət problemlərinin həllinə nail olunması;
- həssas əhali qruplarının təminatının artırılması və sosial proqramların əhatəsinin ildən-ilə genişləndirilməsi, həssas təbəqədən olanların cəmiyyətin digər üzvləri ilə bərabər imkanlarının təmin edilməsi;
- sosial müdafiə sisteminin mütərəqqi dünya təcrübəsi əsasında təkmilləşdirilməsi, səmərəliliyinin, əhatəliliyinin artırılması və əhaliyə əlçatanlığının, şəffaflığının tam təmin olunması;
- respublikanın regionlarının və iqtisadiyyatın qeyri-neft sahələrinin, özəl sektorun inkişafının təmin edilməsi şəraitində əmək tutumlu müəssisələrin, yeni iş yerlərinin yaradılması, əmək resurslarının tam və səmərəli məşğulluq imkanlarının artırılması və işsizliyin kəskin şəkildə azaldılması, həssas qruplar üçün inklüziv əmək bazarının inkişafı;
- əmək bazarında iqtisadiyyatın innovativ inkişafına uyğun bilik və bacarıqlara malik işçi qüvvəsinin yetişdirilməsi;
- layiqli əmək prinsiplərinə əsaslanan əmək bazarının formalaşdırılması;
- demoqrafik inkişafın və əhali sakinliyinin stimullaşdırılması.
Son illərdə kəskinləşən qlobal böhranın ölkə iqtisadiyyatına mənfi təsirlərinin qarşısının alınması üçün cənab Prezidentin rəhbərliyi ilə reallaşdırılan çevik və məqsədyönlü islahatlar paketi yeni iş yerlərinin açılması prosesinin davam etdirilməsinə, əmək bazarında gərginliyin baş vermə riskinin qarşısının alınmasına imkan yaratdı. Xüsusən dövlət başçısının sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsü nəticəsində iri işəgötürənlər tərəfindən məşğulluq orqanlarına təqdim edilən vakansiyaların əvvəlki illərlə müqayisədə dəfələrlə artması bu orqanlara iş üçün müraciət edənlərin məşğulluğunun təminatını yüksəltdi və işsizliyin artması riskinin qarşısını aldı.
Azərbaycan Prezidenti İlham Əliyevin aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması ilə bağlı müəyyən etdiyi əsas vəzifə həmin ailələrə gəlir imkanlarının artırılmasını, bunun üçün isə onlara məşğulluq imkanlarının yaradılmasını nəzərdə tutur. “Biz tədricən o aztəminatlı ailələr üçün şərait yaratmalıyıq ki, onlar özləri pul qazansınlar, özləri işlə məşğul olsunlar” - deyə bəyan edən dövlət başçısının 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı sosial yardımdan asılı vəziyyətdə yaşayan aztəminatlı ailələrin özünüməşğulluq fəaliyyətinin qurulması üçün dövlət tərəfindən aktivlər (mal və materiallar) formasında dəstəklənməsi yolu ilə onların aztəminatlılıqdan kiçik biznesə çıxış imkanlarına yiyələnmələri üçün uğurlu iş praktikasının formalaşmasına şərait yaratdı.
Ölkəmizdə işsizlikdən sığorta sahəsində qabaqcıl dünya təcrübəsindəki mütərəqqi cəhətləri özündə əks etdirən yeni “İşsizlikdən sığorta haqqında” qanunun qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin sosial müdafiə siyasətində məşğulluğun təminatının aparıcı istiqamət kimi müəyyən olunmasının növbəti bariz ifadəsidir. Bu qanun Azərbaycanda 2018-ci ilin əvvəlindən işsizlikdən sığorta sisteminin fəaliyyətə başlamasına, iş yerini itirmiş şəxslərin itirilmiş gəlirlərinin kompensasiyası ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin əhəmiyyətli şəkildə genişlənməsinə imkan yaradan İşsizlikdən Sığorta Fondunun formalaşmasına səbəb oldu. Yeni maliyyə mənbəyinin yaradılması dövlət büdcəsinin vəsaitlərinə qənaət edilməsi ilə yanaşı, 2018-ci ildə məşğulluq sahəsində maliyyələşdirmə üçün ayrılan xərclərin cari ildəkinə nisbətən 3,2 dəfə artırılmasına imkan verdi.
Əhalinin artımı hər il əmək bazarına daxil olan işçi qüvvəsinin artımını da şərtləndirir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaq. Ancaq eyni zamanda, bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun” - deyə vurğulayıb. Dövlət başçısının tapşırığına əsasən, yeni Məşğulluq Strategiyasının layihəsinin hazırlanması zamanı da daim artan demoqrafik yükün əmək bazarına və məşğulluq siyasətinə təsirinin qiymətləndirilməsi prinsipi diqqətdə saxlanılıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Biz ili bütövlükdə iqtisadi, sosial, beynəlxalq siyasət sahələrində yaxşı nəticələrlə, uğurlarla başa vururuq. Bir daha göstəririk ki, Azərbaycanda inkişaf dayanıqlıdır və uğurludur”. Dövlət başçısının təkmil inkişaf strategiyası ötən dövrdə olduğu kimi, 2019-cu ildə də bütün sahələrdə, o cümlədən əmək, məşğulluq və sosial müdafiə sahələrində yeni-yeni tarixi nailiyyətlərin qazanılmasına, ölkəmizdə sosial rifah halının yüksəldilməsi istiqamətində növbəti mühüm irəliləyişlərə imkan verəcəkdir.

Cəmil Zəbhullaoğlu

Son xəbərlər

Bloomberg: ABŞ neft maqnatının Venesueladakı layihələrdən çıxmağını istəyir

Bir dost tanıyıram dostluğu dağlar qədər uca.

MƏNƏVİYYATININ ƏSAS ROLU

Milli Qəhrəman Hökumə Əliyevanın doğum günüdür

Rasional yanaşma qrup maraqlarına qarşı: Vaşinqton razılaşmaları ABŞ-Azərbaycan münasibətlərində yeni dövrün əsası kimi

Türkiyədə su xətti tunelində uçqun olub - 1 ölü, 1 yaralı var

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31