Bu gün Milli Mətbuat Günüdür.


Bu peşənin içində düz 46 ilim keçib. Bir ömür... Kağız qoxusu, mətbəə səsi, müsahibələr, səfərlər, gecələr boyu yazılan məqalələr, insanların sevinci, kədəri, ümidləri ilə yoğrulan 46 il.
2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə "Əməkdar jurnalist" fəxri adına layiq görülmək mənim üçün böyük qürur oldu. Amma etiraf edim ki, mənim ən böyük mükafatım həmişə oxucuların etimadı, insanların "yazınız bizə təsir etdi", "səsimizi çatdırdınız" sözləri olub.
Məndən tez-tez soruşurlar: "Heç jurnalistikadan bezdiyin vaxt olubmu?"
Cavabım həmişə eyni olub: Əsla!

Həyatda elə məqamlar olub ki, daha yüksək vəzifələr təklif edilib. Bəlkə də rahatlıq, imkanlar, başqa üstünlüklər vəd olunub. Amma mən jurnalistikanı heç nəyə dəyişməmişəm. Çünki bu peşə mənim üçün sadəcə iş deyil, həyat tərzidir, nəfəsimdir, taleyimdir.
Jurnalistika ilə yaşlanmağın özünəməxsus bir zövqü var. İllər keçdikcə anlayırsan ki, yazdığın hər sətir, görüşdüyün hər insan, şahidi olduğun hər hadisə sənin ömrünün ayrılmaz parçasına çevrilib. Bəzən bir kənddə rastlaşdığın ağsaqqalın sözü, bəzən bir ananın göz yaşları, bəzən də haqsızlığa qarşı yazılmış kiçik bir yazı yaddaşında ömürlük iz salır.
Bu illər ərzində heç vaxt sensasiya dalınca qaçmadım. Oxucunun diqqətini çəkmək naminə kiminsə taleyini alətə çevirmədim. İnsan ağrısını manşetə çevirməyi peşəkarlıq hesab etmədim. Mənim üçün jurnalistikanın əsas missiyası həqiqəti qorumaq, insanın yanında olmaq, onun səsini eşitdirmək olub.
Peşəmə heç vaxt xəyanət etmədim. Çünki bilirəm, jurnalistin ən böyük sərvəti adı, sözü və vicdanıdır. Bunlar itiriləndə qalan heç nə insanı xoşbəxt edə bilmir.
Bu 46 ildə çox şey dəyişib. Qələm kompüterlə əvəz olunub, qəzetlər rəqəmsal platformalara köçüb, xəbərlər saniyələr içində yayılır. Amma dəyişməyən bir həqiqət var: vicdanla yazılan söz həmişə yaşayır.
Bu gün geriyə baxanda peşman deyiləm. Əksinə, taleyimə minnətdaram ki, məni bu müqəddəs peşəyə gətirdi. Çünki jurnalistika mənə təkcə peşə vermədi. Mənə insanları tanıtdı, həyatı öyrətdi, sevinci də, ağrını da paylaşmağı öyrətdi.
Əgər ömrü yenidən yaşamaq imkanı verilsəydi, yenə eyni yolu seçərdim. Yenə jurnalist olardım.
Çünki mən jurnalistikanı seçmədim. Elə bilirəm ki, jurnalistika məni seçdi.
Milli Mətbuat Günü münasibətilə ömrünü bu şərəfli peşəyə həsr etmiş bütün həmkarlarımı ürəkdən təbrik edir, qələmlərinin həmişə həqiqətə xidmət etməsini arzulayıram.
Çünki zaman keçir, vəzifələr dəyişir, adlar unudulur. Amma vicdanla yazılmış bir söz söz yaşayır. Hətta onu yazan insanın özündən də uzun yaşayır...

Şəmsiyyə Kərimova,
Əməkdar jurnalist

Son xəbərlər

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31