Xəbərlər
16.09.2023, 01:27
İnformasiya və rabitə xidmətlərinin dəyəri 14 faiz artıb
Yanvar-avqust aylarında informasiya və rabitə müəssisələri tərəfindən 1 milyard 976,5 milyon manatlıq xidmət göstərilib.
AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin səkkiz ayında göstərilmiş informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 14,3 faiz artıb.
Məlumata əsasən, ötən dövr ərzində bu sahədə əldə edilmiş gəlirin 83,5 faizi qeyri-dövlət sektorunun payına düşüb. 76,1 faizi əhali sektoruna aid olub, 38,3 faizi və yaxud 757,4 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay