ANS bərpa olunur? - AÇIQLAMA
Bağlanan ANS televiziyasının bərpa olunacağı haqqında iddialar ortaya atılıb.

ANS ÇM radiosunun tezliyi 102 FM-ə lisenziya verilməsi üçün elan edilmiş müsabiqə başa çatıb. 102 FM-ə görə rəqabət güclü olduğu üçün bu hadisə bir aydır ölkə gündəmini məşğul edib. Belə bir məqamda isə yeni iddialar ortaya atılır. Əksəriyyət düşünür ki, ANS ÇM radiosunun keçmiş ANS rəhbərliyinə qaytarılacaq və bununla bərabər ANS telekanalı da bərpa olunacaq.

Anews.az xəbər verir ki, ANS Şirkətlər Qrupu MMC-nin ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov Modern.az-a açıqlamasında bu iddiaları təkzib etdi:

"Biz hələlik radionun Çingiz Mustafayevin adında saxlanmasına çalışırıq. Milli Televiziya və Radio Şurası bir fəndə əl atıb. Belə ki, qurum elan etdiyi müsabiqədə 102 FM yerinə 102.1 FM-i satmaq qərarına gəlib. Nəyə görə belə ediblər, Allah bilir. Biz istəyirik, 102 FM-i yenidən bərpa edək. Çünki bu yeganə radiodur ki, Milli Qəhrəmanın adını daşıyır. Məgər bizə Milli Qəhrəman lazım deyil? Belə görünür ki, 102 FM heç zaman işləməyəcək.
ANS televiziyasının yenidən fəaliyyətə bgaşlacağı haqqında iddialar əsassızdır. Hazırda Televiziyanın açılmasından söhbət getmir. Televiziyanı elə günə salıblar ki…”

Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının qəbul etdiyi qərara əsasən "ANS Müstəqil Yayım və Media" Şirkətinin yayımı 18 iyul 2016-cı il tarixdən saat 18:30-dan etibarən dayandırılıb.

Son xəbərlər

Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”

İranla müharibənin daha nə qədər davam edəcəyini açıqladı

İran yeni qadağan olunmuş zona elan edəcək

Zülfiyyə İsmayılova : Sevdim səni - FOTO

Tramp nadir görülən addım atdı

Hikmət Məlikzadə : Məzlum ahnan köçü səhraya sürüm, kəndəmi, qız?!

Sənubər Səhər : Siyasət anlamı bəşəri duyğuları üstələyir...

Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz

GÖY ÜZÜNƏ YAXIN ADAM

Məşhur aparıcı edam olunacaq - FOTOLAR

"A.B.İ.” bu tarixdə yayımlanacaq

Şarm əl-Şeyxdə premium istirahətin yeni səviyyəsi - “Rixos Hotels” Misirdə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930