ANS-çilər Natəvanın vəfatından yazdı - FOTO
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Natəvan Babayeva uzunsürən xəstəlikdən sonra bu gün vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, aparıcı ilə uzun illər çiyin-çiyinə çalışmış jurnalistlər Natəvan Babayeva ilə xatirələrini sosial şəbəkə hesablarında paylaşıblar.
Fəaliyyətini dayandıran ANS-in vitse-prezidenti olmuş, hazırda REAL TV-yə rəhbərlik edən Mirşahin Ağayev keçmiş əməkdaşını son nəfəsində görənlərdən olub:
“Nəfəs kimi kəsildi, bacımız. Allah onu bizdən çox istədi! Darıxacağıq hamımız. Həmişə… Ölümündən bir saat əvvəl bizə dediyi sözləri unutmayacam: “Nə xəcalət verirsiz? O boyda yolu durub gəlməyə nə ehtiyac vardı axı... ay müəllim?”
Ağ ciyərlərinin dibində qalan son hava udumlarını Natəvan nəzakətinə, əxlaqına, kimsəyə narahatlıq verməmək xasiyyətinə sərf etdi! Əlvida, əziz Natəvan! Hamımızın doğması Natəvan! Sözün həqiqi mənasında son nəfəsədək bizimlə olan, son nəfəsini bizə verib gedən bacımız!
Qəribədi… Mənə elə gəlir ki, bayaqdan aldığım nəfəs mənim deyil”.
ANS-çilər Natəvanın vəfatından yazdı - FOTO

Natəvanın keçmiş iş yoldaşı, sabiq ANS-çi Ləman Ələşrəfqızı da bu gün onu xəstəxanada ziyarət edibmiş:
“Salam Natış. Necəsən? Təəccüblə üzümə baxdı. Səsim tanış gəldi, ya üzüm, bilmədim. Heç nə demədi. Ona qulluq edən başıörtülü xanıma narazı səslə dedi:
- Çağırın da tibb bacısını...
Qadın məni işarə edərək soruşdu:
- Xanımı çölə çıxardım?
Əli ilə “yox” işarəsi etdi.
- Tibb bacısını çağırın, axı mən gecə heç nəfəs ala bilməyəcəm.
- Natış....
Mənə sıfır reaksiya...
Amma danışır, qıvrılır, nəfəsi gedir, can çəkişir.
Palatadan çıxdım. Hönkürə-hönkürə. Kimsə mənə kiçik əl dəsmalını verdi.
Alın, təmizdir-dedi.
Göz yaşlarımı silə-silə dəsmalın ayrılıq olduğunu xatırladım. Əlvida, Natəvan. Tanrı dağında görüşənədək”.
ANS-çilər Natəvanın vəfatından yazdı - FOTO

Qənirə Ataşova isə Natəvan Babayevanın vəfatına belə reaksiya verib:
“Həmişə səni sevəcəm. Yaddaşımda ən gözəl günlərimizi saxlayacam. Tanışlığımız, dostluğumuz, dalaşmağımız, yola çıxmağımız, ev qurmağımız, ana olmağımız, qardaşın Xəqaninin toyundakı rəqsimiz… Fərqli idik. Sən sakit, mən alovlu. Amma bir-birimizdə tarazlıq yaradırdıq. Bu dünyanın gözəl tərəfi ölümün olmasıdır, əziz Natam. Pis tərəfi odur ki, sən tez getdin. 14 yaşında uşağın sevgisiz qaldı. Əgər o dünya varsa görüşəcəyik”.
ANS-çilər Natəvanın vəfatından yazdı - FOTO

“Çox pisəm, çox. Natış, əlvida! Özümə yer tapa bilmirəm. Əziz tələbə yoldaşım, iş yoldaşım, qonşum, dostum,sirdaşım...” - bu sözləri isə sabiq ANS-çi Afət Telmanqızı feysbuk hesabında yazıb.
ANS-çilər Natəvanın vəfatından yazdı - FOTO

Vaxtilə ANS-də çalışmış Amil Hacıyev isə Natəvanın ilk dəfə Mirşahin Ağayevin verdiyi tapşırığı icra etmədiyini yazıb:
“Allahın tapşırığı qarşısında acizik. Səninlə iş yoldaşı olduq, efir yoldaşı olduq. Yol yoldaşı olub, Batumidən vurub Türkiyədən çıxdıq. Etibarsız deyildin, yoldaşın Etibara, oğlun Əşrəfə, dostlarına etibarsızlıq elədin. O dünyadakılara salam apar… Ruhun şad olsun”.
ANS-çilər Natəvanın vəfatından yazdı - FOTO

Qeyd edək ki, ötən gün Mirşahin Ağayev Natəvan Babayeva ilə bağlı həssas paylaşımda ona sağalmağı tapşırmışdı.

Son xəbərlər

Qeyri-sabit hava şəraitinə baxmayaraq ölkədə epidemioloji durum nəzarət altındadır - RƏSMİ

Yevlaxda avtoqəzada ölən şəxslərin kimliyi məlum olub, cinayət işi başlanılıb

UEFA Konfrans Liqası: "Qarabağ" Bakıda "Dinamo" ilə cavab matçına çıxacaq

Osmanlı Səltənətinin Dramı: "Böyüdülər, Amma Böyük Olmadılar"

Ağ Evin mətbuat katibi vəzifəsindən gedir

PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu

"Dicle" bu futbolçu ilə eşq yaşayır - FOTO

Süni intellektlə yaradılan ifaçılar xüsusi nişanla işarələnəcək

İkinci dəfə ata olacaq - Fotolar

AzTV-nin əməkdaşı dənizdə boğulub öldü - Fotolar

Qəlbimizə hakimliyi bacarırıqmı?

Bu ilin ikinci Günəş tutulması başa çatıb YENİLƏNİB

Bu gecə üç astronomik hadisə gözlənilir: 6 planet bir sırada...

Axşam bu qidalardan istifadə edənlərin diqqətinə: İnsult riskini artırır

Öz şərəfinə adlandırılan küçədən paylaşım etdi - Fotolar

General-Polkovnik Vaqif Axundov – Dövlətçiliyə Sədaqətin və Şərəfli Xidmətin Ömür Yolu

DƏYİŞƏN ŞƏHƏRLƏRİN YADDAŞINDA QALAN İZLƏR

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31