Türkiyənin ilk yerli avtomobili “TOGG”un T10X modeli Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunub - FOTO
Aprelin 3-də Türkiyənin ilk yerli avtomobili “TOGG” elektromobilinin T10X modeli Prezident Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana təqdim edilib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, təqdimat mərasimində çıxış edən Rəcəb Tayyib Ərdoğan Türk millətinin 60 illik xəyalının reallığa çevrilməsinin önəmini vurğulayıb. Ölkənin qüruru olan yerli və milli “TOGG” markasının ilk sifarişini 2019-cu ildə verdiklərini və bu gün ilk avtomobilləri təhvil aldıqlarını vurğulayan dövlət başçısı bildirib: “Türkiyə Yüzilliyinin ilk meyvələrindən olan “TOGG”un bütün millətimizə xeyirli-uğurlu olmasını arzulayıram. “TOGG” ölkəmizin texnoloji inkişafının, iqtisadi yüksəlişinin və qlobal etibarının simvolu olaraq meydana çıxmış, inkişaf etmiş və bugünkü səviyyəyə çatmışdır”.

Xatırladaq ki, Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markası “TOGG”un kütləvi istehsal zavodunun rəsmi açılış mərasimi ötən il oktyabrın 29-da keçirilib. Zavod Bursa vilayətinin Gemlik rayonunda inşa olunub. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb. “TOGG” avtomobilləri “Pamukkale”, “Anadolu”, “Gemlik”, “Kula”, “Oltu” və “Kapadokya” olmaqla altı rəngdə istehsal olunur. Avtomobil iki modifikasiyada - 200 və 400 at gücündə elektrik mühərriki ilə buraxılır. Ən güclü versiya 0-dan 100 kilometr-saat sürətini 4,8 saniyəyə yığa bilir. Elektromobilin maksimal gediş məsafəsi isə 500 kilometrə yaxındır. Avtomobillərin hazırlanması zamanı onların ətraf mühit üçün tam zərərsiz olmasına xüsusi diqqət yetirilib.
Türkiyənin ilk yerli avtomobili “TOGG”un T10X modeli Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunub - FOTO
Türkiyənin ilk yerli avtomobili “TOGG”un T10X modeli Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunub - FOTO
Türkiyənin ilk yerli avtomobili “TOGG”un T10X modeli Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunub - FOTO

Son xəbərlər

"Tasnim": Asim Munir danışıqlar üçün imkanların genişləndirilməsinə çalışıb

İran Hörmüz boğazı ilə bağlı şərtlərini açıqlayıb

Özbək şirkətləri Bakı sərgilərində fəallığını artırır

Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31