Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkədir
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ölkəmizin enerji diplomatiyasının reallaşdırılmasında yeni uğurlu səhifədir. Bu iclaslar, ilk növbədə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Avropa qitəsinin enerji təminatında rolunun artdığını və açar ölkə olduğunu göstərir. İclasda Avropa İttifaqının üzvü olan Rumıniya Prezidentinin iştirak etməsi isə qitə üçün Azərbaycanın önəmli ölkə olduğunu təsdiqləyir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin tədbirdəki nitqi təkcə bugünkü vəziyyətin təhlili deyil, eyni zamanda, perspektivlərin planlaşdırılması baxımından da əhəmiyyətlidir: “Dövlət başçısının “dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır və adətən görüşlərdə söylədiyimiz kimi enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik” sözləri göstərir ki, bütün işlər əvvəlcədən dəqiq planlaşdırılır və həyata keçirilir. Toplantı genişləndirmənin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından da önəmlidir. İclas iştirakçılarının sayının əvvəlkilərlə müqayisədə çoxluğu Azərbaycan rəhbərinin zəmanəmizin görkəmli dövlət xadimi olduğunu, siyasi iradəsini, üzərinə götürdüyü öhdəliyi dəqiq yerinə yetirdiyini, etibarlı tərəfdaş və iştirakçılar arasında etimad mühitini göstərir. Azərbaycan rəhbərinin iştirakçı ölkələrlə siyasi münasibətləri inkişaf etdirməsi, eləcə də fəal əlaqələndirmə və Avropa Komissiyası ilə əməkdaşlıq qısa müddətdə öz nəticəsini verib. Yunanıstanla Bolqarıstan arasında interkonnektor açılıb, Azərbaycanla Macarıstan arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, Azərbaycanla Rumıniya arasında qaz təchizatı haqqında sazişin imzalanması ilə Buxarest Cənub Qaz Dəhlizində iştirak edən ölkələrin heyətinə qoşulub, ilk dəfə olaraq Yaşıl Enerji Məşvərət Şurasının iclası keçirilib, Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya yaşıl enerjinin istehsalı və nəqli sahəsində saziş imzalayıblar”.

Musa Qasımlı bildirib ki, Azərbaycanın təşəbbüsünün Avropa Komissiyası, ABŞ və Böyük Britaniya tərəfindən fəal dəstəklənməsi, ölkəmizin dünyanın aparıcı maliyyə qurumları ilə əməkdaşlıq etməsi mühüm məsələlərdən biridir. “Digər bir vacib məsələ, Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelidir. Bu, Avropa qitəsində potensial əməkdaşlıq imkanları açır. Prezident İlham Əliyevin “əminəm ki, Rumıniya və Macarıstan yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacaq” sözləri enerji diplomatiyasının genişlənəcəyindən xəbər verir. Çünki indiyədək Azərbaycan rəhbəri reallaşdırmayacağı heç bir sözü deməyib. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Cənub Qaz Dəhlizi və digərləri yaxın tariximiz və gerçəkliyimizdir. Bunlar Azərbaycanın enerji diplomatiyasının genişlənmə və yeni uğurlar astanasında olduğunu sübut edir. Beynəlxalq tədbir bir daha göstərdi ki, Azərbaycan Avropa qitəsi ölkələrinin milli təhlükəsizliyinin tərkib hissəsi olan enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkədir. Deməli, görülən işlər, sadəcə, enerji məsələsi deyil, həmçinin Azərbaycan dövlətinin qüdrətinin artması, dünya siyasətində yerinin möhkəmləndirilməsi və vətəndaşlarının daha yaxşı yaşaması imkanlarının artması deməkdir”, - deyə o əlavə edib.

Son xəbərlər

“Putin seçkidən sonra yüz minlərlə adamı cəbhəyə aparacaq” - Zelenski

Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirib

Naxçıvan sosial-iqtisadi inkişafın yeni mərhələsindədir - TƏHLİL

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb, pilot katapult edib

Gürcüstan mediası İlham Əliyevin enerji dəhlizləri və ixracına dair açıqlamalarını geniş işıqlandırıb

Səfir: Azərbaycan minalardan təmizləmə sahəsində ABŞ ilə əməkdaşlığa maraq göstərir

Bakı metrosunda dəyişikliklər dərslərin başlanma saatlarına təsir edəcək?

Dörd rayonda yanğına səbəb olan şəxslər məsuliyyətə cəlb olunublar

MÜŞVİQ RƏFAELOĞLUNUN YARADICILIĞI HAQQINDA... -FOTO

Sabah 37 dərəcə isti olacaq

Bənizin keçmiş ərinin İstanbulda cəsədi tapıldı - Foto

Arzu Yaqub qızı : Şəhidlik yaşamaqdı - FOTO

Blokadadan qlobal logistika mərkəzinə - Naxçıvanın geosiyasi çəkisi artır - ŞƏRH

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31