Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərgi təşkil olunub
Sentyabrın 15-də Bolqarıstanın paytaxtı Sofiyada açıq səma altında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərginin açılışı olub. Fotosərgi “Şuşa İli” çərçivəsində Sofiya şəhərinin mərkəzi parkında Azərbaycanın Bolqarıstandakı səfirliyi və Sofiya şəhər bələdiyyəsi tərəfindən birgə təşkil edilib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, sərgidə tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağımızın tacı adlandırılan Şuşa şəhərinin füsunkar təbiəti, zəngin mədəniyyət və incəsənət nümunələrini əks etdirən fotolar nümayiş olunub.

Sərginin açılışında Bolqarıstanda akkreditə olunan diplomatik korpusun rəhbərləri, yerli rəsmilər və media nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən səfir Hüseyn Hüseynov Şuşanın tarixi barədə məlumat verərək, sərginin bu gözəl şəhərin Qarabağ xanlığının rəhbəri Pənahəli xan tərəfindən əsasının qoyulmasının 270-ci ildönümünə təsadüf etdiyini bildirib. Diplomat uzun illər Ermənistanın işğalına və dağıntılara məruz qalmış Şuşanın 2020-ci ildə azad edilməsindən sonra Azərbaycanın bu şəhəri yenidən dirçəltmək üçün böyük işlər gördüyünü, Prezident İlham Əliyevin 2022-ci ili ölkəmizdə “Şuşa İli” elan etdiyini söyləyib. H.Hüseynov Şuşa şəhərinin Azərbaycan mədəniyyəti və musiqisinin beşiyi kimi xalqımızın həyatında əvəzsiz yerə malik olduğunu deyib.

Şəhər sakinləri və qonaqlarının böyük marağına səbəb olan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” sərgisi iki həftə davam edəcək.
Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərgi təşkil olunub
Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərgi təşkil olunub
Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərgi təşkil olunub
Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərgi təşkil olunub
Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərgi təşkil olunub
Bolqarıstanda “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri” adlı fotosərgi təşkil olunub

Son xəbərlər

Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM

Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib

Şəhid Xalid Məcdunovun anası Xalidə Ananın doğum günüdür - FOTO

Azərbaycanda 5 sinfin bütün şagirdləri ali məktəbə qəbul oldu - FOTO

Şükufə Yusupova Yeni Klinikaya təxliyə olundu

Əkiz bacılar eyni ixtisasa qəbul olundu - Foto

Koçaryanla Sarkisyana cinayət işi açıldı - hər ikisi istintaqa aparıldı

Bakı-Ağstafa qatarında əlavə reyslər həyata keçiriləcək

Macarıstanda 20-ci “TÜRKSOY Fotoqraflar Görüşü” keçirilib

Bakı Metropolitenində iş saatı uzadılacaq

Sabah Bakıda güclü külək əsəcək, rayonlara leysan yağacaq

“Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq

Yolun açıq, bəxtin gözəl, gələcəyin işıqlı olsun, AYSElimiz!

İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib

Rusiya Ukraynanın Moldova ilə sərhədində keçid məntəqəsinə hücum edib

Sabunçunun bəzi ərazilərində qaz olmayacaq

“Sabah” ÇL-də həlledici oyuna çıxır

Bu şəhərdə 1 avroya evlər satılır - Fotolar

Bu ölkədə hər uşağa görə 55 min dollar veriləcək

Şamaxı rayonunun Nüydü, Çarhan və Sabirli kəndlərində növbəti səyyar qəbulumuzu keçirdik - FOTOLAR

Ali məktəbə qəbul olanların yarıdan çoxu ödənişli oxuyacaq

Tramp Kanada rəhbərliyini “təlxək” adlandırdı

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

“İnsanlar yox olurlar” - İlon Mask

Bu tarixdə boş qalan plan yerlərinə qəbul aparılacaq

15 yaşlı azərbaycanlı göldə boğulub öldü

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31