Ceyhun Bayramov fransalı həmkarını Ermənistanın növbəti təxribatı barədə məlumatlandırıb
Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Fransa Respublikasının Avropa və xarici işlər naziri Katerin Kolonna ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov həmkarına Ermənistanın postmünaqişə dövründə qəbul etdiyi öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara zidd olaraq hərbi və siyasi təxribatlara əl atdığı, sentyabrın 12-13-də növbəti dəfə genişmiqyaslı hərbi təcavüz nəticəsində çox sayda hərbi qulluqçularımızın həlak olduğu diqqətə çatdırıb. Ceyhun Bayramov, eyni zamanda, indiyə qədər Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən tam çıxarılmadığı faktına diqqət çəkərək Ermənistanın təcavüz siyasətindən əl çəkməsinin vacib olduğunu bildirib.

Avropa və xarici işlər naziri Katerin Kolonna bölgədə gərginliyə görə dərin narahatlıq keçirdiklərini, Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etməsinin və problemlərin siyasi-diplomatik müstəvidə həll edilməsinin vacib olduğunu vurğulayıb.

Telefon danışığı zamanı, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31