YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkil etdiyi 1-ci Rəqəmsal İdeya Müsabiqəsinə yekun vurulub
Mayın 19-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş 1-ci Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib. Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinin və Bakı Ali Neft Məktəbinin (BANM) birgə layihəsi olan müsabiqənın qalibləri mükafatlandırılıb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra 1-ci Rəqəmsal İdeya Müsabiqəsi ilə əlaqədar videoçarx nümayiş etdirilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov müsabiqə barədə hesabat verərək bildirib ki, əsas məqsədimiz partiyanın gənc fəallarının innovasiya yönümlü potensiallarının aşkar edilməsi, komanda quruculuğu bacarığının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakının artırılmasıdır. Bildirilib ki, müsabiqə üçün respublikamızın 60 şəhər və rayonundan 1361 nəfər qeydiyyatdan keçib. Müraciət edənlər arasından 23 fərqli şəhər və rayonu təmsil edən 120 iştirakçı layihədə iştirak şansı qazanıb və bu iştirakçıların 55 nəfəri kişi, 65-i isə qadındır.

Bakı Ali Neft Məktəbinin rektoru, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov müsabiqənin gənclərin inkişafında, onların potensiallarının, bilik və bacarıqlarının artırılmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Rektor deyib: “Əmək bazarının tələblərinə uyğun peşəkar mütəxəssislər yetişdirən Bakı Ali Neft Məktəbi olaraq gənclərin inkişafına dəstək verən bu cür tədbirləri təşkil etməkdən qürur duyuruq. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə birgə təşkil etdiyimiz bu müsabiqə innovasiya yönümlü gənclərin istedadlarını nümayiş etdirməsi üçün xüsusi fürsətdir. Əminəm ki, bu müsabiqə innovativ yanaşmaları ilə fərqlənən gənclərə böyük fayda verəcək”.

SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov çıxışında YAP Gənclər Birliyi və BANM tərəfindən bu layihənin təşkil olunmasını yüksək qiymətləndirib və müsabiqənin Azərbaycan gəncliyinin inkişafında xüsusi önəm kəsb etdiyini qeyd edib. O, SOCAR-ın da gənclərin inkişafına xidmət edən müxtəlif təqaüd proqramları həyata keçirdiyini, bu proqramlardan yüzlərlə gəncin yararlandığını vurğulayıb.

Mərasimdə çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov vurğulayıb ki, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində ölkəmizdə yüksək intellektli, vətənpərvər, bilikli və bacarıqlı gənc nəsil formalaşıb. Onun sözlərinə görə, ölkəmizin ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında da böyük gənclər ordusu birləşib. Tahir Budaqov deyib: “Yeni Azərbaycan Partiyası hər zaman gənclərin inkişafına geniş imkanların yaradılmasını, bilik və bacarıqlı gənclərimizə dəstək verilməsini diqqət mərkəzində saxlayıb. Partiyamız bu məqsədlə davamlı olaraq müxtəlif səmərəli layihələr həyata keçirir. İnanıram ki, ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan bu müsabiqə seçilmiş 120 nəfər üçün çox faydalı olacaq və gənclərimiz öz innovativ potensialını təkmilləşdirəcək. Hesab edirəm ki, bu tipli layihələrin gələcəkdə də davam etdirilməsi gənclərimizin intellektual inkişafı üçün olduqca faydalıdır”.

Daha sonra çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanda innovasiyaların inkişafı və bu sahədə yaradılan əlverişli şəraitdən, rəqəmsal transformasiyanın əhəmiyyətindən danışıb və qeyd edib ki, bu müsabiqə Azərbaycanın innovasiya ekosistemində gənclərin iştirakının artırılmasına töhfədir. O, müsabiqənin qarşıya qoyulan hədəf və məqsədlərə nail olduğuna əminliyini ifadə edərək vurğulayıb ki, rəhbərlik etdiyi nazirlik hər zaman bu tipli tədbirlərə dəstək göstərməyə hazırdır.

Təhsil naziri Emin Əmrullayev isə gənclərə təqdim olunan bu imkanı yüksək qiymətləndirərək vurğulayıb ki, müsabiqə istedadlı və innovativ yanaşmaları ilə seçilən gənclərin bacarıqlarının üzə çıxmasında böyük rola malikdir. Nazir rəqəmsallaşmanın əhəmiyyətini qeyd edərək bildirib ki, bu amil həyatın bütün sahələrində, xüsusilə də təhsildə vacibdir. Emin Əmrullayev iştirakçıların fərqli mühitdə, fərqli öyrənmə imkanı əldə etdiyi bu müsabiqədə xüsusilə regionlardan yüzlərlə gəncin iştirak etmək arzusunda olmasını sevindirici hal olaraq qiymətləndirib.

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında ölkəmizdə həyata keçirilən gənclər siyasətinin əhəmiyyətindən, gənc nəslə göstərilən dövlət qayğısından bəhs edərək bildirib ki, YAP və BANM-nin birgə təşkil etdiyi 1-ci Rəqəmsal İdeya Müsabiqəsi də gənclərin inkişafı yönündə atılan mühüm addımlardan biridir.

Tədbirdə çıxış edən Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru, müsabiqənin münsiflər heyətinin üzvü Fariz Cəfərov nəticələr haqqında məlumat verib. O, həmçinin regionlardan olan müəllimlərin rəqəmsal ideyalarının çox sevindirici olduğunu qeyd edib və bildirib ki, müsabiqə gənclərin innovativ vərdişlərə yiyələndiyini bir daha sübut etdi.

Qeyd edək ki, müsabiqəyə qeydiyyat prosesi aprelin 14-dən 28-dək davam edib. Müsabiqədə seçilən iştirakçılar 8 saat ərzində xüsusi mentorlarla komanda katalizatoru, hakaton, intellekt rinqi, beyin fırtınası, ideyalar sərgisi və layihələrin təqdimatından təşkil olunmuş komanda yarışlarında ən yaxşı olmaq üçün mübarizə aparıblar.

I yerin qalibi adını “Xudayar” komandası qazanıb. “Zəfər” kollektivi II yerə, Yarat” komandası isə III yerə layiq görülüb. “İntellekt” rinqində “İnnovasiya” kollektivi fərqlənib.

Son xəbərlər

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31