Respublika Gənclər Kitabxanası ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə materiallar hazırlayıb
Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin daxili gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, millətin, onun yaratdığı dövlətin müqəddəratında, inkişafında, dünya siyasət məkanında nə kimi mövqe tutmasında əvəzedilməz rola malikdir. Bu dahi şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının fenomen şəxsiyyəti, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.

Ulu Öndərin anım günü ilə əlaqədar C. Cabbarlı adına Respublika Gənclər Kitabxanası dahi liderin həyat və fəaliyyətinə həsr olunmuş dərin məzmunlu, geniş, maraqlı və məlumatlandırıcı videoçarx və virtual kitab sərgisi hazırlayıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual kitab sərgisində dünya şöhrətli siyasətçi Heydər Əliyevin uşaqlıq, gənclik illərindən, siyasət və hakimiyyət arenasına gəlişindən, müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətindən bəhs edilir. Hazırlanan materiallarda Ümummilli Liderin səs yazıları, foto və video görüntüləri yayımlanır. Virtual kitab sərgisinə baxarkən, izləyicilərimiz dahi siyasətçinin illərin sınağından keçmiş, bu gün də səslənərkən öz aktuallığını, dərin mənasını əks etdirən kəlamları, “Vətən”, “millət”, “təhsil”, “mədəniyyət” və digər mövzularda səsləndirdiyi müdrik ifadələri oxumaq şansı qazanırlar. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş kitablar sərgilənib. Belə ki, materialda “Heydər Əliyev. Şəxsiyyət və zaman”, “Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti”, “Heydər Əliyev və Hüseyn Cavid”, “Heydər Əliyev siyasi irsinin politoloji aspektləri”, “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” və s. kitabların annotasiyaları təqdim edilib.
Respublika Gənclər Kitabxanası ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə materiallar hazırlayıb
Respublika Gənclər Kitabxanası ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Ümummilli Liderə həsr edilən videoçarxda isə daha çox Azərbaycan liderinin ictimai-siyasi fəaliyyətinə, müstəqil Azərbaycanda quruculuq sahəsində olan misilsiz xidmətlərinə önəm verilib. Burada Heydər Əliyevin rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarmasından, indiki müstəqil Azərbaycan Respublikasının təməlini qoymasından bəhs edilib.

Son xəbərlər

Azərbaycanın İsveçdəki səfiri dəyişdirilib

Azərbaycanda işsiz şəxslərin sayı açıqlanıb

Zakir Həsənov Naxçıvanda yerləşən hərbi hissələrdə olub

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31