“Avropa idman həftəsi” turnirində daha üç yarışın qalibləri müəyyənləşibAvropa Komissiyasının təşəbbüsü ilə “Be Active” devizi altında Mingəçevir şəhərində keçirilən “Avropa idman həftəsi” turnirində “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülük, voleybol və stolüstü tennis yarışlarının qalibləri müəyyənləşib.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülük üzrə yarışın qalibi Bərdə rayonunun komandası olub. Mingəçevir şəhərinin yığması ikinci, Tərtər rayonunun komandası isə üçüncü yeri tutub.

Qax rayonun komandası qızlar arasında voleybol yarışlarında birinci yerə layiq görülüb. Oğuz və Kürdəmir rayonunun voleybolçuları sonrakı pillələrdə qərarlaşıblar.

Stolüstü tennis üzrə kişilər və qadınlar arasında yarışlarda isə Şəki, Gəncə və Mingəçevirin komandaları mükafatalayiq yerlər tutublar.

“Avropa idman həftəsi”nin proqramına mini futbol, basketbol 3x3, stolüstü tennis, avarçəkmə, voleybol, “Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü, uzun məsafəyə qaçış, velosiped, skeytbord, təkərli konkisürmə, eləcə də “Çempion” əyləncəli oyunlar və xüsusi Olimpiya proqramı çərçivəsində keçiriləcək yarışlar daxildir.

Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində və Mingəçevir şəhər stadionunda pandemiya dövrünün qaydalarına uyğun keçirilən “Avropa idman həftəsi” festivalı oktyabrın 31-dək davam edəcək.
“Avropa idman həftəsi” turnirində daha üç yarışın qalibləri müəyyənləşib
“Avropa idman həftəsi” turnirində daha üç yarışın qalibləri müəyyənləşib
“Avropa idman həftəsi” turnirində daha üç yarışın qalibləri müəyyənləşib
“Avropa idman həftəsi” turnirində daha üç yarışın qalibləri müəyyənləşib

Son xəbərlər

Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayıb

Zeynəb Cəmaləddin : GƏLƏR Divani - FOTO

“Güllü”nün ölümündə inanılmaz detal ortaya çıxdı

Dağıstan qaranlığa qərq oldu

Şəhid əmanətlərinin böyük ürəkli əmanətçisi - FOTOLAR

Bir yaşın mübarək, əziz Cəbrail - FOTO

Ronaldo evləndi - FOTO

Təəccübdən təbəssümə…

Ordubadda SES tikiləcək

Uşaqları mavi dəri ilə doğulurdu - Bir ailənin dəhşətli HEKAYƏSİ

"Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib

Ürək üçün ən faydalı balıqlar - Həkim adlarını açıqladı

İki ay əvvəl ilk avtomobilini alıbmış... - 4 nəfərin öldüyü qəzanın təfərrüatı

Ana-oğuldan sonra ata da öldü - Toya hazırlaşırdılar... - Foto

O da “Kızılcık şerbeti”ndən getdi

Daşdəmir ƏJDƏROĞLU : Əziz dostum, qələmi səmimiyyət, xisləti nur olan Xəyalə xanım! Doğum günün mübarək olsun!

Simran HƏSƏNOV - 70 - FOTOLAR

İradə varsa, insan özü də vardır, yaxud əcəl tüstüsündən yaxa qurtarmaq mümkündürmü?

Azərbaycan-ABŞ münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub

Macarıstan parlamenti ölkənin yeni prezidentini seçib

Bir il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib

Mədəniyyət Nazirliyinin təqaüd proqramı ilə 17 nəfər xaricdə təhsil imkanı qazanıb

Bakıda usta evdən 10 min manatlıq qızıl oğurlayıb

DİN onlayn alış-verişlə bağlı xəbərdarlıq edib

ƏDV ödəyicilərinin sayı artıb

Tupakın qətlində 30 illik düyün açılır - O gecə nə olmuşdu?

"Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb

Sədaqət, düzlük və etibar — insanın mənəvi pasportu

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31