“Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlimOktyabrın 13-də Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat, dövlət qulluğu siyasəti və dövlət strategiyası ilə iş sektorunun müdiri Elnur Abbasov və Müsahibələrin təşkili şöbəsinin aparıcı məsləhətçisi Kamran Səfərov tərəfindən “Dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə müsahibənin keçirilmə qaydaları” mövzusunda onlayn təlim təşkil edilib. Təlimdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları iştirak ediblər.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, təlimdə iştirakçılara müsahibə üçün xarakterik xüsusiyyətlər, müsahibənin məqsədi, strukturu, keçirilmə qaydaları, namizədin qiymətləndirilmə meyarları, müsahibəyə hazırlıq barədə ətraflı məlumat verilib. Habelə təlimdə müsahibə komissiyasının reqlamenti, o cümlədən komissiyasının tərkibinin formalaşdırılması, müsahibənin təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların tələbləri, namizədin vakant vəzifəyə uyğunluğunu qiymətləndirmək üçün vəzifənin tələbləri ilə əlaqədar və müsahibə proqramına uyğun suallar verilməsinə, sualları və tapşırıqları verərkən, müəyyən edilmiş vaxt bölgüsünə əməl edilməsinə diqqət yetirilməsi barədə məlumat verilib.

Bununla yanaşı, təlimdə iştirakçılara dövlət qulluğu üzrə vəzifə təlimatlarının və müsahibə proqramlarının qanunvericiliyin tələblərinə uyğun hazırlanması, dövlət orqanlarında vakant vəzifələrin elana çıxarılması qaydası, müsahibədə uğur qazanmış namizədlərin vəzifəyə təyinat prosesi barədə təqdimat olunub.

Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

Son xəbərlər

Hikmət Hacıyev: İlham Əliyev müharibəni, həm də sülhü qazanıb

Ukrayna Qara dənizdəki "Sivaş" qazma qurğusunda Rusiya obyektlərini sıradan çıxarıb

Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib

Bazar günü Azərbaycanda 40 dərəcə isti olacaq

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31