Güləşçimiz Abubakr Abakarov dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq2 oktyabr Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, mundialın ilk günündə sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Güləşçimiz Abubakr Abakarov (86 kq) almaniyalı Ahmed Dudarov, ukraynalı Məhəmməd Əliyev və Gürcüstan idmançısı Sandro Aminaşvilini məğlub edərək yarımfinala yüksəlib. Növbəti mərhələdə təmsilçimiz ABŞ idmançısı Deyvid Teylor ilə üz-üzə gəlib. Güləşçimiz son Olimpiya çempionuna məğlub olub. Bürünc medal uğrunda görüşdə təmsilçimiz Əhməd Aybuyev (Fransa) - Boris Makoyev (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq.
Millimizin üzvü Kənan Heybətov (61 kq) startda Ukrayna təmsilçisi Yaroslav Xurskiyə məğlub olub.
Çempionatda 74 kiloqram çəki dərəcəsində çıxış edən Coşqun Əzimov debütdə inamlı qələbə qazanıb. Həmyerlimiz Keniya güləşçisi Mathayo Mahabilanı cəmi 1 dəqiqə ərzində məğlub edib. Ancaq səkkizdəbir final mərhələsində belaruslu idmançı Azamat Nurikova sonuncu xal prinsipinə əsasən yenilib.
Bu çəki dərəcələrində medal qarşılaşmaları oktyabrın 3-də Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qeyd edək ki, oktyabrın 3-də 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqram çəki dərəcələrində çıxış edən pəhləvanlar mübarizəyə qoşulacaqlar.

Güləşçimiz Abubakr Abakarov dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq
Güləşçimiz Abubakr Abakarov dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Son xəbərlər

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31