Gənc güləşçimiz Həsrət Cəfərov Avropa çempionu olubAlmaniyanın Dortmund şəhərində keçirilən gənc güləşçilərin Avropa çempionatına yekun vurulub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, yunan-Roma güləşçimiz Nihat Məmmədli (60 kq) ilk görüşdə erməni rəqibinə gücünü göstərib. N.Məmmədli daha sonra yerli pəhləvanı sonuncu xal prinsipinə əsasən üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Rusiya güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdən məğlub ayrılan təmsilçimiz iyulun 4-də bürünc medal uğrunda görüşə çıxıb və belaruslu rəqibinə qalib gəlib.

Çempionatda 67 kiloqram çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov səkkizdəbir finalda Macarıstan güləşçisini cəmi 1 dəqiqə 35 saniyəyə xalçadan məyus yola salıb. H.Cəfərov Bolqarıstan idmançısını da vaxtından əvvəl yolundan kənarlaşdırıb və adını yarımfinala yazdırıb. Gürcüstan güləşçisi ilə qarşılaşmanın əvvəlindən sonunadək dominantlıq edən təmsilçimiz finala vəsiqə qazanıb. Həmyerlimiz iyulun 4-də baş tutan həlledici görüşdə elə ilk hissədə Türkiyə idmançısına tam üstünlüklə qalib gələrək Avropa çempionu olub.

Millimizin üzvü Xasay Həsənli (72 kq) Çexiya idmançısına elə ilk hissədə qalib gələrək yarışa inamlı start verib. Həmyerlimiz səkkizdəbir finalda rumıniyalı rəqibinin kürəyini yerə sıxıb. Ancaq X.Həsənli dörddəbir finalda gürcü həmkarı ilə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün təmsilçimiz iyulun 4-də təsəlliverici görüşə çıxıb və Belarus təmsilçisinə heç bir şans tanımayıb. Güləşçimiz Xorvatiyadan olan rəqibini "tuşe" ilə üstələyərək bürünc medalı boynundan asıb.

Son xəbərlər

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31