​Əlilliyin verilməsi qaydaları sərtləşdirilir - Bu şəxslərin MÜAVİNƏTİ KƏSİLƏCƏK"Büdcə sistemi haqqında" Qanununa görə, 2020-ci ilin dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün bu ilin may ayının 15-dən gec olmayaraq, Maliyyə Nazirliyi tərəfindən Milli Məclisinə təqdim olunur. Milli Məclisinin 2021-ci il iyunun 8-də keçiriləcək növbədənkənar iclasının gündəliyinə təklif olunan məsələlər arasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin üçüncü oxunuşda qəbulu nəzərdə tutulmasına baxmayaraq, nə Maliyyə Nazirliyi, nə Milli Məclis 2020-ci ilin dövlət büdcəsinin icrası barədə illik hesabatı, nə də Hesablama Palatası bu hesabata dair rəyi saytlarında yerləşdirməyiblər.

Turaztv.az Azadinfo.az-a istinadən xəbər verir ki, bu sözləri iqtisadçı professor Qubad İbadoğlu özünün feysbuk hesabında yazıb.

“Yeri gəlmişkən, Milli Məclisyin ayın 8-də keçirilməsi nəzərdə tutulan iclasında “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, eləcə də “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunlarının layihələrinin birinci oxunuşda qəbulu gözlənilir. Bu qanunlarda dəyişiklik əlilliyin verilməsi qaydalarının xeyli sərtləşdirilməsinə gətirib çıxaracaq.

İndiyədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara edilən müavinət bundan sonra "18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə" şamil olunacaq. Belə olan halda da fiziki məhdudiyyəti olan 18 yaşınadək uşaqların hamısına müavinət ödənilməyəcək. Onlar da "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildikdən sonra digər əlillər kimi faizlə qiymətləndirmə əsasında əlil hesab ediləcəklər.

Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyə görə, orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə I dərəcə əlillik, orqanizmin funksiyalarının 61-80 faizini itirilməsinə görə II dərəcəli əlillik, orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə III dərəcəli əlillik qrupu müəyyənləşdiriləcək.

Orqanizmin funksiyanın 31 faizinə qədər itirilməsinə görə əlillik dərəcəsi verilməyəcək.

Bu dəyişikliklər 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək və həm sağlamlıq məhdudiyyəti olan 18 yaşınadək uşaqlar, həm də 18 yaşdan pensiya yaşına qədər olan əlillərin sayının kəskin azalmasına gətirib çıxacaq. Artıq bu proses başlayıb”, deyə Q. İbadoğlu yazıb.

İqtisadçı bildirib ki, müharibənin bitməsindən 7 aya qədər vaxt ötməsinə baxmayaraq, hətta Qarabağ qazilərinə də əlillik dərəcəsinin verilməsi prosesi başa çatmayıb.

Son xəbərlər

Göy bizim yerimizə hayqıranda...

Anasının ölümünə görə şikayət etdi - Atası həbs olundu

İslam Əməkdaşlıq Təşkilatının yeni Baş katibi seçilib

İcra başçısının nümayəndəsi qəfil vəfat etdi

Tərəf müqabili oldular

Fəlakət zonasından təxliyə edildilər

Zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

“Artıq itirəcək heç nəyimiz yoxdur” - Qurban Qurbanov

UNİVERSİTETƏ GEDƏN YOL

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Mənimtək gecəyə qonaq olanlar - FOTO

Bərdə rayonunda Qızıl Aypara könüllüləri ilə görüş keçirildi - FOTOLAR

İranla bağlı növbəti görüş İstanbulda keçiriləcək

Çəkisinə görə məruz qaldığı təzyiqlərdən danışdı - FOTOLAR

Maksim Qalkin Bakıda - Fotolar

Oğlu birinci sinfə gedəcək, özü isə tələbə oldu

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşdi - 70 manat

Sabah ilin son Ay tutulması baş verəcək

Ərdoğanla Tokayev arasında telefon danışığı baş tutub

Haaqada "Bosniya qəssabı" Ratko Mladiç ölüb

Rəsmi Bakı Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib

"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM

Sabah Sabirabadın 10 kəndində qaz kəsiləcək

Rusiya ordusu Xarkovda ticarət mərkəzini dronla vurub: 1 nəfər ölüb, 4 yaralı var

Məleykə Abbaszadə: Ötən ilin keçid balı builki keçid balının göstəricisi kimi qəbul edilməməlidir

Məktəbli geyimlərinin builki qiymətləri və satış ünvanları məlum olub - SİYAHI

Şavkat Mirziyoyev 850-dən çox məhkumu əfv edib

İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik

Azərbaycana bu iki ölkədən daha çox turist gəlir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31