Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin doğum günüdür - FOTO
Bu gün Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu Qara Qarayevin anadan olmasının 103-cü ildönümüdür.

Qara Əbülfəz oğlu Qarayev 1918-ci il fevralın 5-də Bakı şəhərində məşhur həkim, təbabət professoru Əbülfəz Qarayev və Sona xanım Axundova-Qarayevanın ailəsində anadan olub. Qara Qarayevin atası - əməkdar elm xadimi, Azərbaycanda ən öncül uşaq həkimi və Azərbaycan Demokratik Respublikası qurulanadək diaqnost, daha sonralar isə nəzəriyyəçi kimi də böyük ad-san qazanıb, anası Sona xanım isə “Müqəddəs Nina” məktəbinin Bakı bölməsini bitirib. O, həm də fortepiano ifaçılığı təhsili alıb.

1926-cı ildə Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyası yanında musiqi məktəbinə qəbul edilib. 1930-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Bakı musiqi fəhlə fakültəsinin fortepiano sinfinə daxil olub. 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsində professor Leopold Rudolfun sinfində oxuyub.

Təhsil müddətində professor Üzeyir Hacıbəyovdan Azərbaycan xalq musiqisinin əsasları üzrə dərs alıb. Üzeyir Hacıbəyovun yaradıcılığında və Azərbaycanda ilk violino, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin “Aşıqsayağı” simfonik transkripsiyasını yaratmağa ilhamlandırıb.

1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına üzv qəbul edilib. 1938-ci ildə Moskva Dövlət Konservatoriyasının tələbəsi olub.

1938-ci ildə ilk böyük əsərini xor, simfonik orkestr və rəqs ansamblı üçün Rəsul Rzanın sözlərinə “Könül mahnısı” kantatasını bəstələyib. Həmin ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünün iştirakçısı olub.

1941-ci ildə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində işləyib. 1943-cü ildə birinci simfoniyanı yazıb. 1944-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının idarə heyəti sədrinin müavini olub. 1946-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında Dmitri Şostakoviçin bəstəkarlıq sinfini bitirib.

1946-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq sinfində müəllim işləyib. 1946-ci ildə SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi seçilib. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının dosenti olub.

Qara Qarayev 1950-ci ildən 1953-cü ilə qədər Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsində çalışıb. 1955-ci ildən 1976-cı ilə qədər IV-IX çağırış SSRİ Ali Sovetlərinin deputatı olub. 1956-cı ildən 1973-cü ilə qədər Azərbaycan Bəstəkarlar İttifaqının birinci katibi işləyib.

Qara Qarayev bəstəkar olmaqla bərabər, həm də zəngin dünya görüşünə, ensiklopedik biliyə, fəlsəfi ümumiləşdirmələrə, geniş erudisiyaya, iti zəkaya malik alim, mütəfəkkir idi. Alimin sırf musiqi elminə, nəzəriyyəsinə, estetikaya aid xüsusi tədqiqatı olmasa da, onun zəngin elmi-publisistik irsi, qırx il ərzində yazdığı çoxlu məqalələri, resenziyaları, məruzə və çıxışları, müsahibələri, incəsənətin bir sıra vacib problemləri - xəlqilik, millilik, beynəlmiləlçilik, ənənə, novatorluq, musiqidə faciə və s. haqqında fikirləri, düşüncələri, görüşləri, elmi müddəaları, ona böyük mütəfəkkir alim kimi Azərbaycan musiqi elmində şərəfli yer tutmasına haqq qazandırıb.

Qara Qarayev “Vətən”, “Zəriflik” operalarının, “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Leyli və Məcnun” baletlərinin, “Könül Nəğməsi”, “Səadət nəğməsi”, “Dostluq himni” kimi kantataların və s. əsərlərin bəstəkarıdır.

O, saysız-hesabsız tələbə yetişdirib. Onun tələbələri yüksək professionallığı və individuallığı, xüsusi, özlərinə məxsus dəst-xətti ilə seçiliblər.

Qara Qarayev Tatyana Neçayeva ilə ailə həyatı qurub və bu cütlükdən Fərəc adlı oğlu və Züleyxa adlı qızı dünyaya gəlib.

Q.Qarayev 1982-ci il mayın 13-də Moskva şəhərində vəfat edib, Bakıda Fəxri Xiyabanda dəfn olunub. Bəstəkarın qəbir daşını memar Tələt Xanlarov hazırlayıb.

1982-ci ildə Azərbaycan Dövlət Kamera Orkestrinə bəstəkarın adı verilib. 1984-cü ildə Bəstəkar Qara Qarayev gəmisi dənizə buraxılıb. 1989-cu ildə 8 illik orta musiqi məktəbinə Qara Qarayevin adı verilib.

1991-ci ildə Bakı şəhərinin “Avrora” metro stansiyasının adı dəyişilərək bəstəkarın xatirəsinə Qara Qarayev metrostansiyası adlandırılıb. Həmin ildə Bakı şəhərinin küçələrindən birinə Qara Qarayevin adı verilib. 1998-ci ildə “Qara Qarayev” poçt markası buraxılıb.

2007-ci ildə Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı keçirilib. TÜRKSOY 2018-ci ili “Qara Qarayev İli” elan edib. 2018-ci il oktyabrın 1-də Bakının Nizami küçəsi yerləşən ev muzeyinin açılış mərasimi olub.

Son xəbərlər

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31