APA qayıtdı, ONA-nın taleyi... – Direktor aydınlıq gətirdi APA informasiya agentliyinin xarici dillərdə yayımı tam bərpa olunacaq, hətta əlavə dillərdə də fəaliyyəti nəzərdə tutulub.

Turaztv.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında “APAHoldinq”in rəhbəri Vüsalə Mahirqızı ötən ilin avqustunda dayanan APA informasiya agentliyinin bugündən fəaliyyətini bərpa etməsi və hazırda yalnız 3 dildə (Azərbaycan, ingilis, rus) xəbər yayımı ilə bağlı danışarkən deyib. V.Mahirqızı qeyd edib ki, APA-nın ərəb dilində də fəaliyyəti yaxın günlərdə bərpa olunacaq:

“Bundan başqa, fransız və erməni dillərində də yayımlarımız var idi. Bunlar hamısı yaxınlarda bərpa ediləcək. Həmçinin gələcəkdə daha bir neçə dildə fəaliyyət nəzərdə tutulub.

APA-nın bütün beynəlxalq əlaqələri də bərpa olunacaq. Həmin əlaqələr onsuz da davam edirdi. Çünki bir çox büromuzun il sonuna qədər olan akkreditasiyaları qalıb. Artıq tərəfdaşlarımıza məktublar göndərilib. Xüsusilə beynəlxalq informasiya agentlikləri ilə əlaqələrimiz bərpa olunur. Bir neçə tərəfdaşımıza bununla bağlı e-mail vasitəsilə məktublar göndərmişik və müsbət cavablar da almışıq”.

V.Mahirqızı bu ilin fevral ayında yaradılan Onlayn Xəbər Agentliyinin (Online News Agency - ONA) aqibətinə də aydınlıq gətirib:

“Ona.az bundan sonra analitik mərkəz kimi fəaliyyət göstərəcək və elə öz adı da qalacaq. Azərbaycanda bu gün informasiya qurumlarının müstəqil mərkəzləri var, hansı ki, mütəxəssislər orada iqtisadi, sosial, psixoloji analizlərlə məşğul olurlar. Biz belə bir mərkəz də yaratmağı düşünürdük qrupumuzun tərkibində. Ona.az gələcəkdə həmin analitik informasiya mərkəzinin saytı, resursu kimi fəaliyyət göstərəcək”.

Qeyd edək ki, APA informasiya agentliyi və “APA Holdinq”ə daxil olan xəbər portalları ötən ilin avqustunda fəaliyyətini dayandırmışdı. Bu il fevral ayından V.Mahirqızının rəhbərliyi altında ONA (Online News Agency (Onlayn Xəbər Agentliyi) - ONA) fəaliyyətə başlayıb. Az sonra isə “APA Holdinq”ə daxil olan Lent.az və Vesti.az da fəaliyyətini bərpa edib.

Bu gündən isə APA oxucuların görüşünə gəlib. V.Mahirqızı ən qısa müddətdə APA TV-nin də fəaliyyətini bərpa edəcəyini açıqlayıb.

Son xəbərlər

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31