Tərbiyəlilərin rusdillilər, yoxsa azərbaycandillilər barədə “razborka”sı


Günay Malikqızı yazır...

Azərbaycan bölməsini bitirdiyi üçün dünyagörüşü az olan, ancaq tərbiyəli birinin rusdillilər, yoxsa azərbaycandillilər “razborka”sı barədə...

Sözün düzü, məncə, ən yaxşı dil mənim dilimdir. Mənim dilimdə danışmayan heç kimi qəbul etmirəm. Çünki mənim dilimdə danışanlar başqa dildə danışanlardan daha yaxşıdır. Daha ağıllı, intellektual olduğuna da əminəm.

Mənim danışdığım dildə danışanların tərbiyəsinə heç kim söz deyə bilməz. Mənim dilimi pisləyənləri qınayıram. Çalışıram, mənim dilimdən başqa dildə danışanlardan uzaq olum, onlarla az ünsiyyət qurum. Bəli, ən çox sevdiyim dil mənim danışdığım dildir. Bunun üçün kim məni qınaya bilər?

Mənim seçimim budur. Çünki mənim dilimdə danışanlar dünyadakı yüzlərcə fərqli dilə ən yaxşı dil deyə bilənlərdir.

Mənim dilimdə danışanların ana dili - rus, ingilis, hind, alman dili ola bilər. Amma biz bir-birimizi anlayıb qəbul edə bilənlərik.

Axı mənim dilimdə danışanlar insanları qurduqları cümlələrin hansı dilə mənsub olduğuna görə yox, əməllərinə, hərəkətlərinə görə ayırd etməyi  bacaranlardır.

Dünyanı öyrənmək üçün imkan açan əcnəbi dillərə yiyələnməyi alqışlayan insanların daha ağıllı, intellektual olduqları da məlum məsələdir.

Tərbiyələrinə necə söz tapmaq olar? Axı mənim dilimdə danışanlar insanın “tərbiyəli” və ya  “tərbiyəsiz” olduğunu onun danışdığı, təhsil aldığı dillə əlaqələndirmirlər.

Hər bir insanın öyrənmək istədiyi dili seçməsinə hörmətlə yanaşmayanlardan uzaq olmağa, onlarla ünsiyyət qurmamağa çalışıram.

Sevmədiyim dil isə “Mən Azərbaycan və ya rus, ya da ingilis dilində təhsil alıram, ona görə də səndən daha yaxşıyam, dünyagörüşüm genişdir, ya da daha tərbiyəliyəm” deyənlərin danışdığı dildir.

İnsanları danışdıqları, təhsil aldıqları dilə görə ayırmayanlarla eyni dildə danışdığım üçün sevinirəm. Öz ana dilimdə zarafat etməyi, şeir söyləməyi, lay-lay oxumağı bacardığım üçün də sevincliyəm. Rus dilində oxuduğum kitablar, qızımla, onun rəfiqələri ilə etdiyim söhbətlər, öz dostlarımla baxdığım filmlər də məni sevindirir. Elə ingilis dilində mail yazanda, təqdimat  hazırlayanda və ya iş yoldaşlarımla danışanda da sevinirəm.

Axı öz ana dilimi sevməyim başqa dillərin mənə bəxş etdiyi sevinci azaltmır. Amma rusdillilərlə azərbaycandillilərin “faktlarla” bir-birlərinə öz üstünlüklərini isbat etməyə çalışmalarının şahidi olduqca onlarla eyni dildə danışmaq istəmədiyimi anlayıram.

İnsanları anlayan, onları olduqları kimi qəbul edən, başqasını alçaldaraq özünü yüksəltməyən  dildə kim danışırsa, mən onunla eyni dildə danışıram.

Bunun üçün kim məni qınaya bilər?

Mənim seçimim budur.



Oxu.az

Son xəbərlər

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

İran Ukraynaya hücum etmək fikrindən daşınıb: Səbəb açıqlanıb

Süni intellekt və Yaradan: yaradılış və Yaradan haqqında düşüncələr

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31