Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, daşınmaz əmlak bazarında investisiyaların artırılması, bazarın daha şəffaf fəaliyyət göstərməsi və iqtisadi aktivliyin genişlənməsi məqsədilə vergi yükünün optimallaşdırılması imkanları nəzərdən keçirilir.

Bu addım əmlak bazarına necə təsir göstərə bilər? Mənzil qiymətlərində, alqı-satqıda və vətəndaşların ev almaq imkanlarında hansı dəyişikliklər gözlənilir? Vergi yükünün optimallaşdırılması mənzil qiymətlərinə və bazardakı aktivliyə necə təsir edəcək?

Əmlak eksperti Anar Nəsirov hazırkı qanunvericiliyə əsasən daşınmaz əmlakın alqı-satqısı zamanı müəyyən vergi öhdəlikləri mövcud olduğunu bildirib.

“Əgər söhbət alqı-satqı zamanı tətbiq olunan vergidən gedirsə, vətəndaş satdığı mənzildə son 3 il ərzində qeydiyyatda olmayıbsa, satış zamanı mənzilin çıxarışda göstərilən ümumi sahəsinin 30 kvadratmetri güzəşt edilir, qalan sahəyə görə isə vergi hesablanır. Yəni mənzilin ümumi sahəsindən asılı olmayaraq ilk 30 kvadratmetr vergidən azaddır. Daha sonra mənzilin yerləşdiyi əraziyə uyğun müəyyən edilmiş əmsallar tətbiq olunur və vergi həmin əmsallar əsasında hesablanır.

Məlum olduğu kimi, ölkədə 500 mindən çox çıxarışı olmayan ev var. Həmin evlərin sənədləşdirilməsi və rəsmi dövriyyəyə cəlb olunması həm bazarın şəffaflaşmasına, həm də dövlət gəlirlərinin artmasına səbəb ola bilər. Hazırda çıxarışı olmayan evlərin alqı-satqısı qeyri-rəsmi qaydada həyata keçirilir. Bu isə həm qanunsuz hesab olunur, həm də dövlət rüsumlarının və vergilərinin ödənilməsinə imkan vermir. Eyni zamanda, bu əməliyyatlar bank sistemi vasitəsilə aparılmadığından maliyyə sektoru da bu prosesdən kənarda qalır.

Çıxarışı olmasa da, bu evlərin əksəriyyətinin hüquqi ünvanı, qaz, su və elektrik təminatı var. Müxtəlif illərdə bələdiyyələr və icra hakimiyyətləri tərəfindən verilmiş qərar və sərəncamlar da mövcuddur. Buna görə də onları tamamilə sənədsiz evlər adlandırmaq doğru deyil. Bu evlərin çıxarışla təmin edilməsi həm vətəndaşların hüquqlarının qorunmasına, həm də dövlət büdcəsinə əlavə gəlirlərin daxil olmasına şərait yaradar”, - deyə o qeyd edib.

Ekspertin sözlərinə görə, çıxarışı olmayan evlər girov qoyula, ipoteka ilə satıla və ya rəsmi kirayə müqaviləsinin predmeti ola bilmir:

“Buna görə də onların alqı-satqısı qeyri-rəsmi yollarla həyata keçirilir ki, bu da həm vətəndaşlar, həm də dövlət üçün əlavə problemlər yaradır. Vətəndaşlar üçün digər çətinliklər də mövcuddur. Belə ki, çıxarışı olmayan evlərdə qeydiyyata düşmək mümkün deyil. Bundan başqa, 2023-cü il oktyabrın 1-dən qüvvəyə minən müvafiq qərara əsasən, qanunvericiliyin tələblərinə cavab verməyən yeni tikililərin kommunal şəbəkələrə qoşulmasına məhdudiyyətlər tətbiq edilir. Bütün bunlar həm vətəndaşların hüquqlarını məhdudlaşdırır, həm də dövlət büdcəsinin potensial gəlirlərinin azalmasına səbəb olur.

Əgər məqsəd vergi sisteminin daha da təkmilləşdirilməsi və dövlət büdcəsinə əlavə vergi daxilolmalarının təmin edilməsidirsə, bu istiqamətdə ən səmərəli addımlardan biri çıxarışı olmayan evlərin sənədləşdirilməsi və onların rəsmi dövriyyəyə cəlb olunması ola bilər. Daşınmaz əmlak bazarında investisiyaların artırılması, bazarın daha şəffaf fəaliyyət göstərməsi və iqtisadi aktivliyin genişlənməsi məqsədilə vergi yükünün optimallaşdırılması istiqamətində atılacaq addımların bazara ciddi təsir göstərəcəyini düşünmürəm. Müəyyən təsirlər olsa belə, onların genişmiqyaslı olacağı gözlənilmir”.

Son xəbərlər

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

BAĞIŞLA MƏNİ, ROMEO!

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Kiberhücumçular brauzer yeniləməsi adı ilə virus yayırlar

Hər gün dondurma yeyənləri nə gözləyir? - VACİB XƏBƏRDARLIQ

50 illik Yubileyin mübarək Şəhla xanım! - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31