Azərbaycanda koronavirusa görə karantinin sərtləşdirilməsi və SMS-in bərpası XƏBƏRDARLIĞI



Bir ilə yaxındır ki, dünyada koronavirus (COVID-19) pandemiyası geniş yayılıb. Bu virusa yoluxma və COVID-19-dan ölüm hallarının kəskin artması müşahidə olunur.

Dünyanın əksər ölkələrində COVID-19 kütləvi yayılıb və yenidən xüsusi karantin rejimi tətbiq edilir, qaydalar sərtləşdirilir.

Hazırda COVID-19-un sürətlə yayılması, yoluxan və vəfat edən şəxslərin sayında kəskin artım bütün dünya üçün ən ciddi problemdir. Ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, xəstəliyin qarşısını almaq üçün hökumətlər sərt məhdudiyyətlər tətbiq etmək məcburiyyətində qalırlar.

Bu, iqtisadi duruma, əhalinin maddi vəziyyətinə mənfi təsir göstərsə də, insanların həyatının və təhlükəsizliyinin qorunması üçün sərtləşdirilmə istiqamətində addımlar atılır. Təəssüf ki, bu xəstəlik Azərbaycandan da yan keçməyib. Hazırda vəziyyət daha təhlükəli hal alıb.

Yay ayları ilə müqayisədə, COVID-19-dan gündəlik ölüm halları da dörd dəfəyə qədər artıb. Gündəlik yoluxma hallarının artması gündəlik ölüm hallarının yüksəlməsi ilə nəticələnəcək.

Hazırda yoluxma hallarının 1-1,5 faizi ölümlə nəticələnir. Ölüm hallarının qarşısını almaq üçün gündəlik yoluxma hallarının sayının azalması mütləq şərtdir ki, bu da insanların qaydalara əməl etməsi ilə mümkündür.

Millət vəkili Kamilə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycanda koronavirusa yoluxmanın dörd mini keçməsi çox acınacaqlı vəziyyətdir:

“Son zamanlar rəqəmlərin artması artıq həyəcan təbilinin çalınmasına işarə verir. COVID-19-dan ölənlərin də sayı artır. Əgər hər gün dörd mindən artıq insan bu xəstəliyə yoluxursa, 38 nəfər vəfat edirsə, bu, o deməkdir ki, hər gün bir faiz insan vəfat edir. Bu da böyük rəqəmdir. Bütün dünyada koronavirusa yoluxanların sayı artmaqdadır.

Azərbaycanda hazırda kəskin respirator virus infeksiyalarının da mövsümi artımı müşahidə olunur. İnsanlar respirator virusla yanaşı, COVID-19-a yoluxanda insan bədənində iki növ virus olur. Nəticədə, immunitet aşağı düşür və iki virusla mübarizə aparır. Bu da nəticədə səhhətində ağırlaşmalara gətirib çıxarır”.

Onun sözlərinə görə, koronavirusdan qorunmaq üçün üç qızıl şərtə əməl edilməlidir:

“Sosial məsafə, tibbi maskadan düzgün istifadə və gigiyenik qaydalara riayət etmək lazımdır. Yayda yoluxanların sayında azalma baş verdi, bu, insanlarda bir növ arxayınlıq yaratdı. Bəzi insanlar maskadan da düzgün istifadə etmədilər, nəticədə, indi vəziyyət bu hala çatdı”.

Ötən dövr ərzində Azərbaycan dövləti koronavirusla mübarizədə bütün zəruri tədbirləri həyata keçirib, ölkənin səhiyyə sisteminin potensialı əsaslı şəkildə gücləndirilib. Çarpayı fondunun artırılması, zəruri dərman vasitələrinin tədarükü, yeni xəstəxanaların tikilməsi, həkim və tibbi personalın mobilizasiyası nəticəsində bu gün 40 min nəfərdən çox xəstənin müalicəsi mümkündür. Bununla belə, vətəndaşlarımız başa düşməlidir ki, bu imkanların da bir həddi var və bu həddi aşmağa çox az vaxt qalıb”.

Deputat qeyd edib ki, Vətən Müharibəsində qələbə çaldıq və kütləvi toplaşma oldu:

“Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi ilə nəticələnən tarixi qələbə bir çox vətəndaşlar tərəfindən kütləvi şəkildə qeyd edildi, insanlarda yaranmış ruh yüksəkliyi COVID-19 pandemiyası təhlükəsini ikinci plana keçirdi.

Vətən Müharibəsində şəhid olan insanların yas mərasimlərində kütləvi iştirak, torpaqların işğaldan azad olunmasının kütləvi qeyd edilməsi, bu məqsədlə yürüşlərin keçirilməsi COVID-19-un yayılması ilə bağlı vəziyyəti gərginləşdirdi. Bu da müharibədir. Vətən Müharibəsindəki kimi, yenidən birlik göstərsələr, COVID-19-a da qalib gələ biləcəyik”.

“Ən acınacaqlı vəziyyət odur ki, koronavirus diaqnozu qoyulan şəxslər küçələrə çıxırlar və digər insanlarla təmasda olurlar. Bu da təhlükəli hərəkətdir. Koronavirusla bağlı hər an vəziyyət həm yaxşılığa, həm də pisliyə doğru dəyişə bilər.

Bu, insanların məsuliyyətindən asılıdır. Əgər insanlarımız məsuliyyətli davransalar, qaydalara əməl etsələr, azalmağa doğru gedə bilər. Bu zaman heç bir sərtləşmədən söhbət gedə bilməz. Ancaq qarşıdan gələn günlərdə, həftələrdə bu say artarsa, yenidən sərtləşmələr qaçılmaz olacaq.

SMS xidməti aktivləşə bilər. Bu, qaçılmazdır. Çünki gün ərzində dörd mindən artıq insan koronavirusa yoluxması böyük bir təhlükə yaradır”, - deyə K.Əliyeva əlavə edib.

Son xəbərlər

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Misirin genetik sirri açıldı: piramidalar dövründə yaşamış ilk insan kim olub?..

Azərbaycan gəncliyi niyə “ChatGPT”-yə “sığınıb”?-ARAŞDIRMA

Həyatdan vaxtsız köç edən elqızım, qohumum Nərgizin əziz ruhuna bacısı Tahirə xanımın diliylə...

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31