Düşmənin Tərtərə atəşi nəticəsində 7 nəfər YARALANDI




Məlum olduğu kimi, təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.



Baş Prokurorluqdan verilən məlumata görə, düşmənin silahlı qüvvələri əhalinin kompakt olduğu məntəqələri - rayon və kənd mərkəzlərini, mülki infrastruktur obyektlərini – yaşayış evlərini, xəstəxanaları, tibb məntəqələrini, məktəb binalarını, uşaq bağçalarını, dövlət qurumlarının inzibati binalarını, təsərrüfat təyinatlı əraziləri ağır artilleriya qurğularından intensiv atəşə tutmaqda davam edir.



Ermənistan hərbi birləşmələrinin növbəti dəfə ağır artilleriyadan Tərtər şəhərini intensiv atəşə tutması səbəbindən 30.09.2020-ci il tarixdə saat 08 radələrində dövlət qurumlarının inzibati binalarının yaxınlığına top mərmisinin düşməsi nəticəsində 7 nəfər mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, o cümlədən mülki infrastruktur obyektlərə külli miqdarda ziyan vurulmuşdur.



Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq əməliyyat tədbirləri həyata keçirilir, o cümlədən yaralananların aldıqları xəsarətlərin ağırlıq dərəcəsini, eləcə də mülki infrastruktur obyektlərinə dəymiş ziyanın məbləğini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilmişdir.



Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən müxtəlif cinayətlər törətmiş Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilərək cəzalandırılmalarını təmin etmək məqsədi ilə zəruri olan tədbirlər həyata keçirilir.

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31