“Ermənistan tərəfinin bütün iddiaları əsassızdır” - Müdafiə Nazirliyi
Azərbaycan Ordusunun minaatan, raket və artilleriya zərbələri nəticəsində guya Ermənistanın mülki infrastrukturuna $300.000 dəyərində ziyan vurulması ilə bağlı yayılan məlumat sərhədyanı yaşayış məntəqələrində yerləşən köhnəlmiş və texnogen qəzalar nəticəsində sıradan çıxmış fərdi yaşayış binalarının, uşaq bağçalarının, su və qaz borularının, zavodların, müəssisələrin, bir sözlə illərlə baxımsızlıq səbəbindən onsuz da qəzalı vəziyyətdə olan, yaxud xarabalığa çevrilən obyektləri təmir etməyə gücü və imkanı çatmayan Ermənistan hökumətinin bütün günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq cəhdindən başqa bir şey deyildir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub: "Müəyyən bir ziddiyyət yaranır. Dövlət sərhədinin Tovuz istiqamətində iyul döyüşləri zamanı Ermənistan müdafiə nazirliyi dəfələrlə bəyan etdi ki, hərbi əməliyyatlar zamanı erməni tərəfi “layiqincə” müdafiə olunub, əhəmiyyətli dərəcədə itki verməyib, Ermənistanın yaşayış məntəqələrinə və infrastrukturuna vurula biləcək mümkün dağıntıların qarşısını alıb. Lakin heç iki həftə belə keçməmiş Ermənistan İstintaq Komitəsinin sədri Qayk Qriqoryan Tavuş vilayətinə vurulan “miqyaslı ziyan” barədə həyəcan təbili çalmağa başladı. Göründüyü kimi, Ermənistanın bir rəsmi dövlət nümayəndəsinin açıqlaması digər dövlət rəsmisinin açıqlamasına tamamilə ziddir. Bu da onu göstərir ki, Ermənistan tərəfinin yaydığı hətta rəsmi məlumatlar belə sırf yalan və böhtan üzərində qurulur.
Bir daha bəyan edirik ki, düşməndən fərqli olaraq Azərbaycan Ordusunun bölmələri mülki vətəndaşları, yaşayış məntəqələrini, yaşayış binalarını və mülki obyektləri heç vaxt hədəfə almır və heç vaxt atəşə tutmur. Azərbaycanın hərbi qulluqçuları heç vaxt mülki əhali ilə savaşmır. Ermənistan tərəfinin bütün iddiaları və ittihamları tam əsassızdır. Bütün bunlar Ermənistanın beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətini özünə cəlb etmək məqsədilə etdiyi uğursuz cəhddir.
O ki, qaldı Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş döyüşlər zamanı Azərbaycan tərəfinin guya TOS-1 ağır odsaçan və “Qrad” yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması ilə bağlı Ermənistanın İstintaq Komitəsinin əsassız iddialarına, birmənalı şəkildə qeyd etməliyik ki, bu döyüşlərdə Azərbaycan Ordusu qeyd olunan silah növlərindən istifadə etməyib. Bu silahlardan və digər daha müasir silah növlərindən Azərbaycan Ordusu yalnız düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi təyinatlı obyektlərin, hərbi infrastrukturun, həmçinin böyük ərazilərdə olan canlı hərbi qüvvəsinin dəqiq atəşlə məhv edilməsi üçün istifadə etməyi nəzərdə tutub. Lakin bilindiyi kimi bu cür obyektlər tərəfimizdən hələlik hədəfə alınmayıb və məhv edilməyib. Əgər erməni tərəfinin iddia etdiyi kimi, Azərbaycan Ordusu adı çəkilən silahlardan istifadə etsəydi, o zaman dağıntıların və dəyən ziyanın miqyası dəfələrlə artıq olardı. Əksinə, bu döyüşlər zamanı düşmən tərəfindən bölmələrimizin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrimiz və mülki obyektlərin də intensiv artilleriya atəşinə tutulması nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kəndinin dinc sakini 76 yaşlı Əziz Əzizov həlak olub. Bununla yanaşı, mülki əhaliyə, dövlət əmlakı, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda dəymiş zərərin həcmi və dəyəri qiymətləndirilir.
Azərbaycan Ordusunun bölmələri yalnız düşmənin tətbiq etdiyi silah və döyüş vasitələrinin gücü və dağıdıcı imkanlarına uyğun müvafiq adekvat cavab tədbirləri görüb. Əgər Ermənistan tərəfində TOS-1 ağır odsaçan və “Qrad” yaylım atəşli reaktiv sistemlərinin tərəfimizdən tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin.
Bu xəbəri qəti surətdə rədd edir, yayılan məlumatın növbəti yalan olduğunu bildiririk. Ermənistan bu cür dezinformasiya xarakterli məlumatlar yaymaqla hər zaman olduğu kimi bu dəfə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır".

Son xəbərlər

QƏLBLƏRDƏ QALACAQ XATİRƏN, İZİN

"Qalatasaray" 60 milyonluq təklifi rədd etdi

Pezeşkian: Milli Təhlükəsizlik Şurasının bütün üzvləri İslamabad memorandumunu dəstəkləyir

Fransa xüsusi xidmət orqanları xəbərdarlıq edir: Hibrid müharibənin məqsədi döyüşmədən ölkələri təslim etdirməkdir

İstanbul hava limanı sərnişin sayına görə Avropa rekordunu qırıb

Bu ölkələr İrana qarşı müharibəyə qoşulmayacaq

Məşhur türk aktrisası Özge Gürel “44” filminin baş rolunda - Fotolar

Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

Bir inci saflığı varsa da suda...

Sənubər Səhər : Yazılar mütləqdir

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31