1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü Marneulidə geniş qeyd olunub.

Marneulidəki “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) təşkilatçılığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbir çərçivəsində GAİM-in rəsm müəllimi tanınmış rəssam Xəyalə Mustafayevanın "Körpə qalan ruhum" adlı rəsm əsərlərindən ibarət sərgisi açılıb.

Tədbirdə Marneuli, Bolnisi, Qardabani və Dmanisidən olan balaca fidanlar, onların valideynləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov tədbiri açaraq Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətindən danışıb.

Bildirib ki, bu cür tədbirlər uşaqların yaradıcılıq potensialının inkişafına, milli-mədəni dəyərlərin təbliğinə və gənc nəslin incəsənətə marağının artırılmasına mühüm töhfə verir.

Rəssam Xəyalə Mustafayeva sərgidə nümayiş olunan əsərlər haqqında məlumat verərək bildirib ki, bu sərgini digər sərgilərdən fərqləndirən əsas xüsusiyyət onun uşaqlara həsr olunmasıdır. O, uşaqların yaradıcılıq fəaliyyətinə göstərilən diqqətin vacibliyini xüsusi vurğulayıb.

Sonra Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov, Qardabani Təhsil və İnteqrasiya Mərkəzinin müəlliməsi Sevda Şahverdiyeva, Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqının sədri Səadət Zeynalqızı, Gürcüstan Azərbaycanlılarının Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, gürcü dili və ədəbiyyatı müəlliməsi Lia Xaraişvili və başqaları çıxış edərək uşaqların hərtərəfli inkişafında təhsil, mədəniyyət və incəsənətin mühüm rolundan danışıblar.

Tədbir çərçivəsində GAİM-in nəzdində Cəmilə Məmmədovanın bədii rəhbərliyi ilə fəaliyyət göstərən “Sarvan” Folklor Ansamblının şagirdləri Azərbaycan və gürcü milli rəqslərini təqdim ediblər.

Bayram proqramı çərçivəsində uşaqlar üçün müxtəlif rəsm müsabiqələri və əyləncəli proqramlar təşkil olunub. Balacalar gün ərzində həm yaradıcılıq fəaliyyətlərində iştirak edib, həm də maraqlı oyunlar və əyləncələrlə xoş vaxt keçiriblər.

Gürcü dili müəlliməsi Anna Allahverdovanın rəhbərliyi altında musiqi nömrələri təqdim olunub.














Son xəbərlər

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31