Xəbərlər
1.06.2025, 01:01
İsveçin Göteborq şəhərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub - FOTO
1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə İsveçin Göteborq şəhərində bayram şənliyi keçirilib.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, İsveçin müxtəlif şəhərlərindən 60-a yaxın diaspora nümayəndəsinin iştirak etdiyi tədbir Göteborqda fəaliyyət göstərən Azərbaycan Qarabağ Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açılıb. Ardınca söz Azərbaycan Qarabağ Mərkəzinin və Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının rəhbərinə verilib. O, çıxışında Beynəlxalq Uşaqlar Gününün tarixi və əhəmiyyətindən bəhs edib.
Şənlik İsveçdə yaşayan azərbaycanlı uşaqların çıxışları ilə davam edib. Tədbirdə uşaqlar şeir söyləyib, mahnılar ifa edib, pianoda milli musiqilər səsləndirib, futbol bacarıqlarını nümayiş etdirib və rəqs nümunələri ilə çıxış ediblər.
Tədbirə Lund şəhərindən qonaq gələn, İsveçin ən gənc yazıçılarından biri olan 13 yaşlı Zəhra Şükürova da qatılıb. O, isveç dilində yazdığı “Sülhün yoldaşı” adlı kitabını təqdim edib və iştirakçılara əsər haqqında məlumat verib.
Sonda çıxış edən bütün uşaqlara təşkilatçılar tərəfindən diplomlar və hədiyyələr təqdim olunub. Balacaların üzləri rəngli boyalarla bəzədilib, onlar üçün əyləncəli oyunlar təşkil olunub.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay