Sabah Bulvarda uşaqlar üçün sürpriz olacaq İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Bu il ötən illərdən fərqli olaraq, attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişli olacaq.

Turaztv.az BAKU.WS-ə istinadən xəbər verir ki, ötən illərdə bu gün münasibətilə ilə Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişsiz olurdu.

Dənizkənarı Bulvar idarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı saytımıza verdiyi açıqlamada 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə tədbir keçirəcəklərini bildirib:

"Bu il ötən illərdən fərqli olaraq, attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların istifadəsi ödənişli olacaq. Lakin Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə tədbir baş tutacaq. Tədbirin əsas təşkilatçısı Qida Təhlükəsizliyi Agentliyidir. Tədbir saat 12-də Kukla Teatrının arxasındakı meydanda baş tutacaq".

Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva saytımıza açıqlamasında bildirib ki, mart ayında "Təhlükəsiz qida uşaqların gözü ilə" rəsm müsabiqəsi keçirilib və sabah həm müsabiqənin qalibləri elan olunacaq, həm də uşaqlar üçün nəzərdə tutulmuş tədbir keçiriləcək:

"Rəsmlərin qəbulu may ayının 25-nə kimi idi. Artıq seçim mərhələsi sona yetib. Sabah baş tutan tədbirdə qaliblər mükafatlandırılacaq. Tədbirdə agentliyin rəhbəri cənab Qoşqar Təhməzli, Təhsil Naziri Ceyhun Bayramov və digər dövlət orqanlarının rəsmi nümayəndələri iştirak edəcək".
Aysel Fərziyeva qeyd edib ki, tədbirdə uşaqlar üçün Abdulla Şaiq adına Kukla teatrının "Oyuq" teatr studiyası tamaşa nömrəsi ilə çıxış edəcək. Eyni adlı teatr "Meyvələrin söhbəti" tamaşasını da təqdim edəcək. Bundan başqa müxtəlif nağıl qəhrəmanlarının iştirakı ilə səhnəciklər və uşaqların əylənməsi üçün DJ olacaq.

Son xəbərlər

Paşinyan Tokayevi Ermənistana səfərə dəvət edib

Romada İsrail-Livan görüşü – "Hizbullah" da HƏMAS-ın aqibətini yaşayacaq - ŞƏRH

Təhlükəsizlik boşluqları Azərbaycanda çimərlik turizminə necə təsir edir?

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Qaxda iki avtomobil toqquşub, xəsarət alanlar var

Paşinyanın Rusiyaya qarşı yeni strategiyası: Kremlin ölkədəki təsir mexanizmləri hədəfə alınır - ŞƏRH

"SƏHƏR" QƏZETİNİN 37 YAŞI OLDU

Culfaya yeni icra başçısı təyin edilib

Əcnəbilərin və onları qəbul edən vətəndaşların NƏZƏRİNƏ - Qeydiyyat tələbi

Sabah 39 dərəcə isti olacaq

Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olunub

Naxçıvan Şəhər İcra Hakimiyyətinə başçı təyin olunub

Qobustan şəhərindən şəhid Sərxan Hacıyevin anası Humay Ananın doğum günüdür - FOTO

"Milli Qəhrəman Vüqar" - Yeni kitabın təqdimatı

Şahbuzda zəlzələ olub

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

Ceyhun Bayramov İqnazio Kassisi qarşılayıb

Buzovnada batan qardaşlardan daha birinin meyiti tapıldı

MİQ balına görə Bakı üzrə birinci, respublika üzrə beşinci OLDU

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31