Qurban Bayramı təkcə dini bayram deyil. Bu müqəddəs gün insanlığın, mərhəmətin, paylaşmağın, vicdanın və mənəvi bütövlüyün bayramıdır. Dünyanın müxtəlif coğrafiyalarında yaşayan milyonlarla müsəlman bu gün eyni duyğular ətrafında birləşir, eyni duaları edir, eyni müqəddəs hissləri yaşayır. Eyni zamanda bu bayram əsrlər boyu milli-mənəvi dəyərlərini qoruyub yaşadan türk dünyasının da ortaq mənəviyyat körpüsüdür.
Bu bayram süfrəyə qoyulan nemətdən əvvəl qəlbdəki niyyətin, insanlığa olan münasibətin ölçüsüdür. Qurban Bayramı insanın öz nəfsini, eqosunu, biganəliyini qurban verərək mərhəmətə və paylaşmağa yaxınlaşdığı müqəddəs gündür. Xüsusilə də bugünkü qalib Azərbaycanın mənəvi həyatında bu bayramın tamam başqa bir çəkisi və anlamı var.

İllərlə Qarabağ həsrəti yaşayan xalqımız işğalın ağrısını daşıya-daşıya bayramlar keçirdi. O illərdə neçə ana oğul nisgili ilə, neçə ailə doğma yurd yanğısı ilə süfrə başına əyləşirdi. Amma Azərbaycan xalqının iradəsi sınmadı. Dövlətimizin qətiyyəti, Müzəffər Ali Baş Komandanın ətrafında birləşən xalqın dəmir yumruğu, şəhidlərimizin qanı, qazilərimizin canı bahasına Qarabağ azadlığına qovuşdu. Bu qələbə tarix kitablarına yalnız hərbi uğur kimi deyil, milli ruhun və mənəvi gücün zəfəri kimi yazıldı.
Bu gün azad Qarabağda oxunan bayram dualarında şəhidlərin ruhu yaşayır. Çünki o torpaqlara aparan yol şəhid qanından, qazi fədakarlığından keçdi. Ona görə də Qurban Bayramı günlərində şəhid ailələrini, qazilərimizi, həssas qrupdan olan insanları ziyarət etmək təkcə sosial məsuliyyət deyil, həm də vicdan borcudur. Bayram sevincini paylaşmayan cəmiyyətin mənəvi bütövlüyü tam ola bilməz.
Bu müqəddəs gündə ən çox xatırlanmalı olan müqəddəs ünvanlardan biri də şəhid analarıdır. Vətən üçün canından keçən igidləri dünyaya gətirən o analar xalqın mənəvi ucalığıdır. Şəhid analarının qarşısında baş əymək sadəcə ehtiram deyil, bir millətin öz müqəddəsliyinə verdiyi dəyərin göstəricisidir. O anaların gözündə həm kədərin, həm qürurun, həm də Vətən sevgisinin müqəddəs işığı yanır. Onların əlləri öpülməli, dərdlərinə bəm-dərd olunmalı, tənhalıqları paylaşılmalıdır. Çünki şəhid anasının duası Vətənin mənəvi dayağıdır.
Qurban Bayramı bizə bir daha xatırladır ki, insan olmaq yalnız yaşamaq deyil, yaşadığını paylaşmaqdır. Bir xalqı böyük edən onun sərvəti deyil, dar gündə bir-birinə sahib çıxmaq bacarığıdır. Bu gün süfrəmizdəki ruziyə görə şükür etdiyimiz kimi, azad səma altında yaşadığımız üçün də şəhidlərimizə minnətdar olmalıyıq.
Qoy bu müqəddəs bayram dünyaya sülh, türk və islam aləminə birlik, xalqımıza isə mərhəmət, mənəvi bütövlük və xeyir-dua gətirsin. Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, qazilərimizə can sağlığı, şəhid analarına səbir və mənəvi güc arzulayırıq.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru

Son xəbərlər

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

14 avqust – dünya şöhrətli xanəndə,Azərbaycan musiqi mədəniyyətinin parlaq siması, Xalq artisti Alim Qasımovun doğum günüdür - FOTO

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31