Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) təhsil müəssisələrinin qida bloklarında yoxlamalar aparacaq.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə uşaqların sağlam və təhlükəsiz qidalanmasının təmin edilməsi məqsədilə təhsil müəssisələrində tətbiq olunan orta sutkalıq qida normalarına uyğun olaraq bəzi qida məhsullarının istifadəsinə məhdudiyyətlər müəyyən edilib.

Müəyyən olunmuş tələblərə əsasən, uşaqların qidalanması zamanı sağlamlıq üçün risk yarada biləcək bir sıra məhsulların təhsil müəssisələrində istifadəsi qadağan edilib.

Qadağan olunan məhsullar sırasında termiki emaldan keçməmiş ət, quş əti və balıq məhsulları, sub məhsullar və onlardan hazırlanan qidalar, vəhşi heyvan və çöl quşlarının əti, qabığı çirkli və zədələnmiş yumurta, həmçinin ev şəraitində hazırlanmış qidalar yer alır.


Bundan başqa, pasterizə olunmamış süd və süd məhsulları, palma, pambıq və raps yağları, hidrogenləşdirilmiş yağlar və marqarinlər (bəzi hallarda istisna olmaqla), fritür yağlarında qızardılmış qidalar, eləcə də sirkə, xardal, qıtıqotu, acı bibər və müxtəlif ədviyyələrin istifadəsi də qadağan olunub.


Eyni zamanda, acı souslar, ketçup və mayonez, qazlı və enerji içkiləri, qəhvə, konsentrat və ekstraksiya edilmiş meyvə şirələri, kvas, çips və oxşar qəlyanaltılar, saqqız, karamel və kremli qənnadı məhsulları da təhsil müəssisələrində satıla bilməz.

Siyahıya həmçinin göbələklər və onlardan hazırlanan məhsullar, ərik tumunun ləpəsi və araxis, quru qida konsentratlarından hazırlanmış yeməklər, tez hazırlanan qidalar və birdəfəlik istifadə üçün nəzərdə tutulan çaylar da daxildir.

Qeyd olunub ki, təhsil müəssisələrinin rəhbərləri və qida təchizatçıları müəyyən edilmiş normalara ciddi riayət etməlidirlər. Məktəblərdə qidalanmanın təşkili və məhsulların keyfiyyətinə nəzarət məqsədilə AQTA tərəfindən mütəmadi monitorinqlər keçiriləcək.

Yoxlamalar zamanı aşkar edilən uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək.

AQTA valideynlərə də müraciət edərək bildirir ki, təhsil müəssisələrinin bufetlərində qadağan olunmuş məhsullarla rastlaşdıqları halda Agentliyin "1003" Çağrı Mərkəzinə məlumat versinlər.

Son xəbərlər

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31