“Qida təhlükəsizliyi haqqında” Qanununun 17-ci maddəsinə əsasən, istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, habelə tərkibindəki allergenlər barədə dolğun məlumatlar verilməlidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən "Unikal"a verilən məlumata görə, məhsulların etiketlənməsi aydın, dəqiq və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməlidir.


Qida məhsullarının tərkibində istifadə olunduğu halda allergen maddələr etiketdə mütləq qeyd edilməlidir. Həmin allergenlərə qlüten ehtiva edən taxıllar, xərçəngkimilər, molyusklar, yumurta, balıq, yer fındığı, soya, süd və süd məhsulları və digərləri daxildir.

Qida məhsullarında allergenlərin qeyd olunmasının əsas məqsədi istehlakçıların məlumatlı və təhlükəsiz seçim etməsini təmin etmək, eləcə də qida allergiyaları ilə bağlı yarana biləcək sağlamlıq risklərinin qarşısını almaqdır.

“AQTA istehlakçı hüquqlarının qorunması və ictimai sağlamlığın təmin edilməsi məqsədilə məhsul tərkibi barədə dürüst, tam və şəffaf məlumatın təqdim olunmasına nəzarəti, eləcə də maarifləndirmə tədbirlərini ardıcıl şəkildə davam etdirir”, - deyə məlumatda vurğulanıb.

Son xəbərlər

“Roma” Endrik üçün hərəkətə keçdi

TARİXİN ACI TƏKRARI – ŞİRAZDAN ŞUŞAYA UZANAN XƏYANƏT - FOTO

Eldost Bayramın 80 illiyinə

Pedri üçün 90 milyon avro

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 21 nəfər xəsarət alıb

Azərbaycan velosipedçiləri Kahramanmaraş turunda yarışacaqlar

Əziz nəvələrim – Nərmin xanım və Nicat bəy!

BİR ŞEİRİN TƏHLİLİ (Atlaz Rzayinin "Çox sağ ol" şeirinin ədəbi təhlili)

“Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...

Bu ərazilərdə işıq olmayacaq

Kartdan-karta əməliyyatlara limit qoyuldu

Xalq artistinə ağır itki - Foto

Tanınmış aktyor evində ölü tapıldı

Sənubər Səhər : Yazılar mütləqdir

Nəriman Həsənzadə Birinci Fəxri xiyabanda dəfn olundu

Kəlbəcərdə dağda köməksiz qalan şəxs xilas edildi

FHN əlilliyi olan şəxslər üçün maarifləndirmə tədbiri keçirdi - Fotolar

Nəriman Həsənzadə ilə vida mərasimi keçirildi - Prezident və xanımı əklil göndərdi+Fotolar

Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır

Dünyanın ən gözəl sözü seçildi

İran XİN: Region ölkələri ilə düşmənçilik siyasəti aparmırıq

ABŞ viza girovunu 20 min dollara qədər artırıb

Əraqçi Asim Munir və Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib

“9 ildir ki, Bakıda, ata evimdə yaşayıram” - Sevil Əliyeva

“Onunla ilk görüşə çamadanla getdim”

Azyaşlı futbolçu faciəvi şəkildə öldü - YENİLƏNİB

Bir inci saflığı varsa da suda...

Novruzəli Aslanov: “Çolpon-Ata görüşü Türk dünyasında inteqrasiyanın dərinləşməsi mövzusunda mühüm siyasi mesajlar verdi”

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31