BİZİM TƏQVİM: Fevralın 4-də baş vermiş tarixi hadisələr

1994-cü ilin bu günündə Prezident Heydər Əliyev “Azərbaycanın dəniz neft və qaz yataqlarının işlənməsinin sürətləndirilməsi haqqında” Sərəncam imzalayıb.Sərəncamın praktik nəticəsi kimi həmin il sentyabrın 20-də xarici neft şirkətləri ilə ilk saziş - “Əsrin müqaviləsi” adlanan neft kontraktları imzalanıb.

Bəs, fevralın 4-də dünyada daha hansı hadisələr baş verib?

1. 4 fevral 1719-cu ildə I Pyotr Rusiyada ilk dəfə olaraq əhalinin siyahıya alınmasına fərman verib.

2. 4 fevral 1783-cü ildə Amerika Birləşmiş Ştatlarının İstiqlal müharibəsi başa çadtı. Böyük Britaniya Amerika Birləşmiş Ştatları ilə olan düşmənçiliyinə son verdiyini rəsmən elan etdi.

3. 4 fevral 1789-cu ildə Corc Vaşinqton ABŞ-ın ilk prezidenti seçildi. 4 fevral 1792-ci il tarixində isə Vaşinqton ikinci dəfə prezident oldu.

4. 4 fevral 1794-cü ildə Fransa müstəmləkələrində köləliyi qadağan etdi. Fransa XVIII əsrdə ABŞ-ın şimal ştatlarında köləlik rejiminə qoyulan məhdudiyyətlərdən ruhlanaraq bütün müstəmləkələrində köləliyi ləğv etdi. Lakin bu qərar uzun müddət davam etmədi. 1802-ci ildə Napoleon Bonapart köləlik rejiminin yenidən geri qaytarılmasına qərar verdi.

5. 4 fevral 1945-ci ildə Yalta Konfransı keçirildi. Sovet İttifaqının Yalta şəhərində ABŞ, İngiltərə və Rusiya bir araya gəldilər. II Dünya müharibəsi zamanı keçirilən konfransda müharibənin sonunda Almaniyanın məğlub edilməsindən sonra yaranacaq şərtlər müzakirə olundu. Almaniyanın müharibədən sonra işğalı, nasizmin ləğvi və alman ordularının tərxisi barədə qərarlar qəbul edildi.

6. 4 fevral 1954-cü ildə Kür çayı üzərində tikilən Mingəçevir Su Elektrik Stansiyası (SES) istifadəyə verilib. İnşasına 1945-ci ildə başlanılan Mingəçevir SES Cənubi Qafqazda ən iri su elektrik stansiyasıdır. Stansiyanın işə salınması ilə respublikanın yeni sənaye mərkəzinin - energetiklər şəhəri Mingəçevirin təməli qoyulub.

7. 4 fevral 1957-ci ildə ilk nüvə sualtı gəmi - "USS Nautilus" (SSN-571) suyun üzünə çıxmadan 60,000 dəniz mili qət edərək, Jül Vernin "20 000 lye su altında" adlı məşhur romanındakı xəyali "Nautilus "sualtı gəmisinin göstərdiyi nəticəni həyata keçirmiş oldu.

8. 4 fevral 1972-ci ildə İngiltərə və daha 9 dövlət Banqladeşin (Şərqi Pakistan) müstəqilliyini tanıyıb.

9. 4 fevral 1998-ci ildə Əfqanıstanın şimal-şərqində baş verən zəlzələ 5 mindən çox insanın həyatını itirməsinə səbəb olub.

10. 4 fevral 2004-cü ildə Harvard Universitetinin tələbəsi Mark Zuckerberg tərəfindən "Facebook yaradıldı. Bu gün "Facebook" dünyanın ən çox çox istifadə edilən saytlarından biridir

Fevralın 4-də bu şəxsiyyətlər xatırlanır.

1. 4 fevral 1871-ci il tarixində Şeyx Şamil vəfat etdi. Qafqaz xalqlarının məşhur milli qəhrəmanı Şeyx Şamil həcc ziyarətinə getdiyi Ərəbistanda vəfat etdi. Şeyx Şamil gənc yaşlarından Qafqaz xalqlarının Rusiya qarşısındakı azadlıq mübarizəsinin lideri olub.

2. 4 fevral 1921-ci ildə dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin doğum günü. Bakıda anadan olan L.Zadə 1930-cu ildə ailəsi ilə İrana köçüb. Tehran Universitetini bitirdikdən sonra 1944-cü ildə ABŞ-a gedib, təhsilini Massaçusets Texnologiya Universitetində davam etdirib, Kolumbiya Universitetində elektron mühəndisliyi üzrə professor elmi dərəcəsi alıb.1960-cı illərdən Berkli Universitetində (Kaliforniya) işləməyə başlayıb. Lütfi Zadəyə şöhrət gətirən qeyri-səlis məntiq nəzəriyyəsi 80-ci illərdən dünyanın aparıcı texnologiya şirkətlərində, Amerika Milli Aerokosmik Agentliyində (NACA) istifadə olunur.

3. 4 fevral 1934-cü ildə Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1991), professor (1996), Azərbaycan Dövlət Mükafatı laureatı (1988) Akif Əliyev anadan olub.

4. 4 fevral 1945-ci ildə bəstəkar və müğənni, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli sabiq səfiri (2006–2024), Milli Məclisin I və VII çağırış deputatı, Azərbaycanın (1982), Türkmənistanın (2017), Özbəkistanın (2024) və Başqırdıstanın xalq artisti (2024), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi (2015) Polad Bülbüloğlu anadan olub.

5. 4 fevral 1974-cü ildə görkəmli Azərbaycan riyaziyyatçısı, Əməkdar Elm Xadimi, akademik Zahid Xəlilov vəfat edib (1911-1974). O, 35 yaşında Azərbaycanın ilk fizika-riyaziyyat elmləri doktoru adını alıb. Əsərləri dünyanın bir sıra ölkələrində nəşr olunub. SSRİ-də ilk “Funksional analiz” dərsliyini yazıb. Z.Xəlilov 1962-1967-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti olub. 1967-ci ildən ömrünün sonuna qədər isə özünün yaratdığı Riyaziyyat və Mexanika İnstitutuna rəhbərlik edib.(Bizim.Media)

Son xəbərlər

Adlarının haqqını bir də verdilər - “Filenin sultanları”

İranla müharibənin daha nə qədər davam edəcəyini açıqladı

İran yeni qadağan olunmuş zona elan edəcək

Zülfiyyə İsmayılova : Sevdim səni - FOTO

Tramp nadir görülən addım atdı

Hikmət Məlikzadə : Məzlum ahnan köçü səhraya sürüm, kəndəmi, qız?!

Sənubər Səhər : Siyasət anlamı bəşəri duyğuları üstələyir...

Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ

Dünyaşöhrətli alim Lütfi Zadənin vəfatından doqquz il ötür

Cıdır düzündəki yazılara tarixçi-alimdən etiraz

GÖY ÜZÜNƏ YAXIN ADAM

Məşhur aparıcı edam olunacaq - FOTOLAR

"A.B.İ.” bu tarixdə yayımlanacaq

Şarm əl-Şeyxdə premium istirahətin yeni səviyyəsi - “Rixos Hotels” Misirdə

Tarixi-mədəni və təbii irsi qorumaq hər birimizin məsuliyyətidir ŞƏRH

18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir

Prezidentlə xanımı Əziz Yıldırım və qızı ilə görüşdü

SƏMİMİ SƏTİRLƏR ÇƏLƏNGİ...

"Kızıl qoncalar"dan sonra "Centilmen"də rol alacaq

"Rüya gibi"nin aktrisası yeni serialda - FOTO

Tuğba Ekinci saxlanıldı

Məşhur aktyor evində ölü tapıldı

Sibel Can özündən 10 yaş kiçik sevgilisi ilə evlənir

Mücirəddin Beyləqani adına ədəbi məclis keçiriləcək

Əməkdar həkim vəfat etdi

Bütün zamanların dəb ikonası seçildi

Türkiyə Super Liqası: "Fənərbaxça" öz meydanında "Beşiktaş"a məğlub olub

TOMRİS ÖDÜLLÜ XANIMLAR

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930