İnsan həyatı yol kimidir. Kiminin yolu uzun, kiminin yolu qısa olur. Kimi tələsərək, sanki hər şeyi tez görmək, tez yaşamaq istəyirmiş kimi addımlayır. Kimi isə asta gedir, hər addımında dayanır, həyatın ləzzətini duymaga çalışır. Amma nəticə dəyişmir – hər kəs eyni sonluğa, torpağa doğru gedir...
Hamımız bir səmtə doğru irəliləsək də, yolumuz bir-birindən fərqlidir. Kimisi yolda iz qoyur, xatirə buraxır, kimisi səssizcə keçir və yox olur.
Amma hamının yükü eynidir – zaman yükü, həyat yükü, ölümə məhkumluq yükü...


Bu həqiqəti dərk edən insan boşuna yaşamaz. O, addımlarının sürətinə yox, addımlarının dəyərinə fikir verər...
Elə bu günlər- yaşı, yerişi, ləngliyi qınaq olunan fenomen yazıçımız Anar kimi...
Sən - Anar ömrü yaşamalı, Anar yerişi yeriməlisən ki onu duyasan, dərk edəsən...
Sən Anarın yaşını qınayırsansa, demək Allahını qınayırsan...
O, yaradıcıdır və onu yaradan uca varlıq bir missiya eşqinə yaradıb.
Ömrünün 70 ilini yazıya həsr edən kəs ağır addımlayar, ləng gedər. Çünki hər addımında qələminin izi, hər baxışında min səhifəlik xatirə var. Onun addımlarında tələsmək yox, dayanıb ötənləri anmaq var...
Yaradıcı insanın ömür, yolu sanki bir dağ yolunu andırır. Zirvəyə qalxmaq üçün tər tökür, zəhmət çəkir, iradə göstərir. Zirvəyə yaxınlaşdıqca nəfəs daralır, addımlar ağırlaşır, Anar kimi...
Amma zirvəyə çatan o insan bilir ki, arxada qoyduğu izlər, dediyi kəlamlar, yazdığı əsərlər başqalarının yolunu işıqlandıracaq. Onun yavaşlaması, əslində, qürurla seyr etdiyi bir mənzərədir. Bilir ki, arxada qalan nəhəng, solmaz, həmişəyaşıl söz bağı var, Anar kimi..
Sanki o, hər addımı ilə yazdığı minlərlə səhifənin yükünü daşıyır, hər sözü ilə illərin zəhmətini, müdrikliyini aparır. Belə insanın yerişi ləng olur, izi dərin, Anar kimi...
Ləngliyi yorğunluq yox, dərinlikdəndir. Çünki ağır-ağır düşünür, ölçüb-biçir, tələsmir...
Onun asta addımları, illərlə çəkdiyi zəhmətin, gecələrini fəda etdiyi yaradıcılığın təntənəsidir. Bəlkə də cismi yorulub, lakin qələminin izi daim gəncdir.
Ömrünü sözə həsr edən hər kəs, əslində, özü ləng getsə də, sözü ilə əsrləri ötür, Anar kimi...
Bütün yaradıcı, duyğulu insanlara ləng gediş, müdrik zirvə nəsib olsun, Anar kimi...
Həyatın ən böyük sirri də bundadır. Müdrikliklə yazdığı kəlamı kimi:
"Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya"

Son xəbərlər

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Nura - Nur : Yavaş - yavaş bitən FOTO

Azərbaycan güləşçisi yenidən dünya çempionatının finalına yüksəlib

Hazırda 4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi göstərilir

Yerdə maqnit qasırğası başladı: 3 gün davam edəcək

Məşhur aktrisa vəfat etdi

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31