Arzu Yaqub qızı : Buz gülüşlü xatirəm - FOTO
Buz gülüşlü xatirəm.

Sən mənim xatirəmsən,
Çox cəhd etdim unudam.
Özümü inadımla,
Tərsliyimlə ovudam.

Sən mənim xatirəmsən,
Keçdiyim yolda , izdə
Nisgildə, çətinlikdə,
Qaldım biyaban, düzdə.

Görəsən bahar çağı,
Niyə düşündüm səni?
O buz kimi iradən
Yazda üşütdü məni.

Bəlkə boşuna səni
Hörmüşəm ürəyimə?
Necə sadəlövh imiş,
Gülmüşəm ürəyimə.

Gül- çiçəklər açanda
Sandım görəcəm səni.
Yalan ümidlərimə
Demə hörəcəm səni.

Gündə yüz yol gül, danış,
Qəlb sınıb nə faydası.
Düstursuz, həndəsəsiz
Haqsızlığın qaydası.

Mən bir az səmimiyəm,
Gərək belə olmayam.
Düşüncəmin içində
Küskünləşib dolmayam.

Eh,mənim xatirəmsən,
Acılığından şirin.
Səni xatırladıqca,
Nə göyünəm, nə yerin.

Elə doğmalaşmısan,
Unutmuşam özümü.
Bu sənin silahındır,
Dərslərimin dözümü.

İstədim danışmayım,
Necə danışmayım mən?
Öz istisinə həsrət,
Buz gülüşlü xatirəm,
Buz gülüşlü xatirəm...

Son xəbərlər

9 illik bazadan kolleclərə qəbulun nəticələri elan olunub

Rusiya Sumı, Dnepropetrovsk, Xarkov və Zaporojyeyə zərbələr endirib: ölənlər və yaralananlar var

Azərbaycan neftinin qiyməti 94 dollardan aşağı düşüb

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları ilə Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünə bu gün start verilir

Bakıda yalnız üç istiqamətdə nəqliyyatın sıxlığı yaranıb

Payız üçün ən dəbli saç rəngi açıqlandı

Yeni kəşfiyyat orqanı yaradacaqlar

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31