Dezinfeksiya adıyla pul yığan “nazirlik işçisi” saxlanıldı
Nizami rayonunda ayrı-ayrı vətəndaşların evlərinə gedərək özünü guya Səhiyyə Nazirliyinin əməkdaşı kimi təqdim edərək həmin şəxslərin yaşadıqları ünvanda dezinfeksiya işləri aparılacağını və bu məqsədlə onlardan pul tələb edən şəxs saxlanılıb.

DİN-dən Mediabiz.az verilən məlumata görə, rayon sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında həyata keçirilən əməliyyat zamanı bu yolla insanlardan pul toplayan Cəlilabad rayon sakini Vasif Urşanov tutulub. O, ifadəsində qeyd edib ki, Nizami rayonunda təxminən 30-dan artıq mənzilinə gedərək dezinfeksiya işləri adı altında sakinlərdən pul tələb edib. O, pul vermək istəməyən şəxslərə əks təqdirdə Səhiyyə Nazirliyi tərəfindən 28 manat cərimə olunacaqlarını bildirib. Vasif Urşanovun üzərinə baxış zamanı getdiyi evlərin ünvanlarını qeyd etdiyi kitabça da aşkar olunub.
Araşdırma zamanı Vasif Urşanov barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 234.1 maddələri ilə cinayət işinin icraatda olduğu məlum olub. Faktla bağlı araşdırmalar davam etdirilir.
Vasif Urşanovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Son xəbərlər

Toyundan sonra saçlarını rənglədi - Foto

“Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsində rəqibi bəlli olub

BİR ÖMRÜN VƏFA NƏĞMƏSİ

33 yaşlı boksçu Priçard Kolon vəfat edib

Türkiyədə erməni məktəblərinə qadağa

15 yaşında ilk mükafatını qazanan Xalq artistimiz - Hansı ölkənin şahzadəsi ona elçi düşmüşdü?

Qurban Qurbanov: “Dinamo Kiyev” kimi komandaya qarşı oynamaq və qalib gəlmək gözəl hissdir

Mahir Emrelinin komandası Konfrans Liqasında pley-offa vəsiqə qazanıb

Murad Məmmədov "Pafos"da ilk qolunu vurdu

Konfrans Liqası: "Qarabağ"ın pley-off mərhələsindəki rəqibi "Tvente" olub

Saxta evlilik, surroqat ana və iş elanları: İnsan alverinin yeni kabusu - ARAŞDIRMA

Pensiya ilə bağlı milyonları sevindirən XƏBƏR: Proses başladı...

Azərbaycanda yağlarda insan sağlamlığı üçün təhlükəli maddə aşkarlandı

Bu ölkələr “Avroviziya”ya ev sahibliyi edə bilməyəcək - Yeni qaydalar

Mabel Matiz yenə mahnısına görə məhkəməlik oldu

“600-dən çox bal toplayanların bəziləri tibbə qəbul olmayacaq”

Ankarada mikroavtobus ilə yük maşını toqquşub, ölən və yaralananlar var

Bərdədə zəncirvari qəza olub, dörd nəfər xəsarət alıb

Dünya mediası Prezident İlham Əliyevin Naxçıvanda səsləndirdiyi fikirlərə geniş yer ayırıb

Zərərli orqanizmlərə görə toxumluq əkinlər üçün kompensasiya ödənilməsi qaydası hazırlanacaq

Rotterdam limanında partlayış olub, ölən var

FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Sabahdan 6 yeni ekspres marşrutu fəaliyyətə başlayır

"Avroviziya 2027" müsabiqəsi Bolqarıstanın Burqas şəhərində keçiriləcək

Məleykə Abbaszadə şanslı qrupu açıqladı

“Yeni ulduz” ekranlara qayıdır

Nəzakət Teymurova ilə Ceyran Rəhimova Yunanıstanda - Fotolar

Dövlət Məşğulluq Agentliyi auditor seçir

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31