QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar - FOTOLAR
İyunun 22-də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) təşkil etdiyi QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, forum iştirakçıları rəsədxanada astronomiya sahəsində aparılan elmi araşdırmalarla tanış olub və mütəxəssislərin müşahidələrini dinləyiblər. Gənclər rəsədxananın müasir avadanlıqları və texnologiyaları haqqında məlumat alaraq, kosmosun və Yer atmosferinin iqlim dəyişikliyinə təsirlərini öyrəniblər. Bu ekskursiya iştirakçılara elmi tədqiqatların və texnoloji inkişafların iqlim dəyişikliyi ilə mübarizədə nə qədər vacib olduğunu bir daha xatırladıb, onların bu sahəyə olan marağını artırıb.

Qeyd edək ki, Bakı və Şamaxı şəhərlərində beş gün davam edən Forumda QHGT-nin bir sıra milli bölmələrinin nümayəndələri, yerli və əcnəbi gənclər, həmçinin dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələri kimi yüksək səviyyəli qonaqlar və ekspertlər iştirak ediblər. Forum müddətində gənc iştirakçılar mədəniyyətlərarası qarşılıqlı əlaqə üçün imkanlar əldə ediblər. Tədbir proqramına liderlik bacarıqlarını artırmaq, mədəni mübadiləni təşviq etmək və xüsusilə, mühüm qlobal problemləri həll etmək üçün nəzərdə tutulmuş müxtəlif sessiyalar daxil edilib.

Xatırladaq ki, Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə yaradılıb. 2022-ci ilin iyulunda 60 dövlətin gənc nümayəndəsinin iştirak etdiyi QH Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə ilk dəfə keçirilən QH Gənclər Sammiti zamanı Şəbəkənin Təşkilata çevrilməsinə dair yekun sənəd olan Şuşa Akkordu qəbul edilib. Hazırda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Üzv Dövlətlər üzrə 59 milli bölmə nəzdində fəaliyyət göstərən yüzlərlə fəalı Qoşulmama Hərəkatına üzv ölkələr arasında beynəlxalq dialoqa təkan verir.
QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar - FOTOLAR
QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar - FOTOLAR
QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar - FOTOLAR
QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar - FOTOLAR
QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar - FOTOLAR
QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar - FOTOLAR
QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar - FOTOLAR
QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar - FOTOLAR
QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar - FOTOLAR

Son xəbərlər

Bakıda və rayonlarda bazar günü güclü külək əsəcək - XƏBƏRDARLIQ

Livan İsrailin ölkənin cənubundakı hərbi obyektlərə hücumunu pisləyib

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı - Açıqlama yaydı

Özündən 15 yaş kiçik sevgilisi ilə evləndi - Fotolar

Bardənin üç kəndində qaz olmayacaq

Səndən sonra hər şeyə hövsələsiz olmuşam - FOTO

Sabah Bakıda külək, bölgələrdə şimşək və leysan olacaq - PROQNOZ

Azərbaycan paracüdoçusu Avropa çempionatında bürünc medal qazanıb

ABŞ Dövlət Departamenti: Azərbaycan fiskal şəffaflıq tələblərinə cavab verir

Hövsanda mağazanın tavanı çöküb, xəsarət alan var

Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

Məhərrəmlik başa çatdı - Toylar başladı

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

TRIPP Laçın dəhlizinin analoqudur? - RƏSMİ CAVAB

Bakı Tikiş Evi: Məktəbli formaları bu il də endirimli qiymətlərlə satışa çıxarılıb

ƏDƏBİYYATIN SƏRHƏDSİZ COĞRAFİYASI

Bu gün İsmayıl bəy Qutqaşınlının anım günüdür - FOTO

Xalq artisti Alim Qasımovun doğum günüdür

Bu araqlar saxta imiş - FOTOLAR

Sabah 37 dərəcə isti olacaq

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı

Bu gün dənizə gedənlərin nəzərinə!

Avqust pensiyaları ödənildi

Psixoloqlara görə telefonda danışarkən gəzməyin əsl səbəbi

"iPhone 18" hansı xüsusiyyətlərə sahib olacaq? - DETALLAR

Sabahdan metroda dəyişiklik: "Nizami" və "28 May" arasında qatar olmayacaq

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31